CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MEDİA saytlar üçün müsabiqə elan edib

© AFP 2024 / KENZO TRIBOUILLARDOfis
Ofis - Sputnik Azərbaycan, 1920, 25.12.2021
Abunə olmaq
Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
BAKI, 25 dekabr — Sputnik. Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək layihəsi elan edib.
Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.
Müsabiqədə iştirak üçün:
– veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim olunmalıdır.
Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz.
Müsabiqəyə müraciət tələb olunan sənədlərin ".pdf" yaxud ".jpeg" versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) "Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı"na daxil edilməsi yolu ilə edilir.
Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə ən yuxarı göstəricili 2 (iki) məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır.
Ən yuxarı göstəricili 2 (iki) məqalənin, həmçinin veb-saytın dizaynının qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
Maliyyə yardımından istifadə:
– Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Müraciətlərin qəbulu 07 yanvar 2022-ci il saat 18:00-dək həyata keçirilir.
Həmçinin oxuyun:
Qazi yazar: Bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
"Yüksəliş" müsabiqəsi gələn il də keçiriləcək, 1 milyon manat ayrılıb
"Nature Photographer of the Year 2021" müsabiqəsinin qaliblərindən möhtəşəm fotolar
Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi şəkil mükafata layiq görülüb
Xəbər lenti
0