https://sputnik.az/20211107/sputnik-azerbaycan-i-fotomuxbirinin-cekdiyi-sekil-mukafata-layiq-gorulub---434962575.html
Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi şəkil mükafata layiq görülüb
Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi şəkil mükafata layiq görülüb
Sputnik Azərbaycan
Müsabiqənin “Müharibə xatirələri” nominasiyası üzrə üçüncü yerə Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov “Səninləyik” fotosuna görə layiq görülüb. 07.11.2021, Sputnik Azərbaycan
2021-11-07T12:11+0400
2021-11-07T12:11+0400
2021-11-07T13:12+0400
mədəniyyət
heydər əliyev mərkəzi
müsabiqə
fotoşəkil
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434961152_0:0:1280:721_1920x0_80_0_0_f4e749cdb136a682fd68f67e7500d6a5.jpg
BAKI, 7 noyabr - Sputnik. Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsində üçüncü yeri tutub.Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 6-da Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.Müsabiqə Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyinin(MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə reallaşıb.Müsabiqəni keçirməkdə məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.Münsiflər heyəti peşəkar və həvəskar fotoqarafların işlərini dörd kateqoriyada “Qələbənin simaları”, “Müharibə xarabalıqları”, “Müharibə xatirələri”, “Sosial şəbəkələrdə səhifəyə baxış sayı və bəyənməl” nominasiyaları üzrə qiymətləndirib.Müsabiqənin “Müharibə xatirələri” nominasiyası üzrə üçüncü yerə Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov “Səninləyik” fotosuna görə layiq görülüb. Fotoda Vətən Müharibəsi iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərkən əks olunub.Müsabiqədə birinci yeri Valeh Əliyevin, ikinci yeri Könül Alyasovanın, dördüncü yeri isə Rəsul Rəhimovun fotoları tutub.Sentyabrın 30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Bir iştirakçıya bir neçə foto təqdim etmək imkanı yaradılıb. Təqdim olunan fotolar müsabiqə müddətində “İnstagram”da “foto.musabiqe”səhifəsində paylaşılıb.Müsabiqəyə göndərilən yüzlərlə fotodan 3 nominasiya üzrə 50 foto seçilərək sərgidə nümayiş etdirilib.Münsiflər heyəti tərəgindən fotolar peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə qələbənin simaları, müharibə dağıntıları, müharibə xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri üzrə nominasiyalara uyğun qiymətləndirilib.Qaliblərə diplom və hədiyyələr, sərginin bütün iştirakçılarına isə sertifikatlar təqdim edilib. Müsabiqəyə təqdim edilən fotolardan ibarət sərgi təşkul edilib.Qeyd edək ki, noyabrın 10-dək ziyarətçilərin ixtiyarında olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434961152_144:0:1280:852_1920x0_80_0_0_3da91587f7699d56f711b98c9634df6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev mərkəzi, müsabiqə, fotoşəkil, vətən müharibəsi
heydər əliyev mərkəzi, müsabiqə, fotoşəkil, vətən müharibəsi
Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi şəkil mükafata layiq görülüb
12:11 07.11.2021 (Yenilənib: 13:12 07.11.2021) Müsabiqənin “Müharibə xatirələri” nominasiyası üzrə üçüncü yerə Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov “Səninləyik” fotosuna görə layiq görülüb.
BAKI, 7 noyabr - Sputnik. Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsində üçüncü yeri tutub.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 6-da Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.
Müsabiqə Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyinin(MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə reallaşıb.
Müsabiqəni keçirməkdə məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.
Münsiflər heyəti peşəkar və həvəskar fotoqarafların işlərini dörd kateqoriyada “Qələbənin simaları”, “Müharibə xarabalıqları”, “Müharibə xatirələri”, “Sosial şəbəkələrdə səhifəyə baxış sayı və bəyənməl” nominasiyaları üzrə qiymətləndirib.
Müsabiqənin “Müharibə xatirələri” nominasiyası üzrə üçüncü yerə Sputnik Azərbaycan-ın fotomüxbiri Murad Orucov “Səninləyik” fotosuna görə layiq görülüb. Fotoda Vətən Müharibəsi iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərkən əks olunub.
Müsabiqədə birinci yeri Valeh Əliyevin, ikinci yeri Könül Alyasovanın, dördüncü yeri isə Rəsul Rəhimovun fotoları tutub.
Sentyabrın 30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Bir iştirakçıya bir neçə foto təqdim etmək imkanı yaradılıb. Təqdim olunan fotolar müsabiqə müddətində “İnstagram”da “foto.musabiqe”səhifəsində paylaşılıb.
Müsabiqəyə göndərilən yüzlərlə fotodan 3 nominasiya üzrə 50 foto seçilərək sərgidə nümayiş etdirilib.
Münsiflər heyəti tərəgindən fotolar peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə qələbənin simaları, müharibə dağıntıları, müharibə xatirələri, ziyarətçilərin sosial mediadakı səhifədə baxış və bəyənmələri üzrə nominasiyalara uyğun qiymətləndirilib.
Qaliblərə diplom və hədiyyələr, sərginin bütün iştirakçılarına isə sertifikatlar təqdim edilib. Müsabiqəyə təqdim edilən fotolardan ibarət sərgi təşkul edilib.
Qeyd edək ki, noyabrın 10-dək ziyarətçilərin ixtiyarında olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.