https://sputnik.az/20211225/ranin-nuve-ile-bagli-tarixi-nealiyyeti-437583070.html
İranın nüvə ilə bağlı tarixi nailiyyəti
İranın nüvə ilə bağlı tarixi nailiyyəti
Sputnik Azərbaycan
XİN: İran tələsmir, lakin "eyni zamanda heç kimə Vyanada onların vaxtı və enerjisi ilə oynamağa icazə verməyəcək".
2021-12-25T12:16+0400
2021-12-25T12:16+0400
2021-12-25T13:10+0400
nüvə
dünya xəbərləri
xin
iran
aes
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427268856_0:0:2000:1125_1920x0_80_0_0_2c801c39f2b0de48c34fde17cf750c05.jpg
BAKI, 25 dekabr — Sputnik. İran özü nüvə yanacağı istehsal edə bilər. Ondan yaxın gələcəkdə Buşəhr Atom Elektrik Stansiyasında (AES) istifadə etməyi hesablayır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti, İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.İran nüvə danışıqlarında müvəqqəti saziş imzalamayacaqQeyd edək ki, dekabrın 6-da İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib ki, İran yalnız sanksiyaların ləğvi ilə bağlı danışıqlar aparır, müvəqqəti və ya keçid razılaşmasını nəzərdən keçirmir.Xətibzadə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına ABŞ-ın yenidən qoşulmasına dair Vyanada keçirilən müzakirələrdə İran iki əsas şərt - ABŞ sanksiyalarının götürülməsi və İranın kompensasiya addımlarının dayandırılması əsasında danışıqlar aparır.Mətbuat katibi əlavə edib ki, İran tələsmir, lakin "eyni zamanda heç kimə Vyanada onların vaxtı və enerjisi ilə oynamağa icazə verməyəcək".Həmçinin oxuyun:Azərbaycanda yeni nəqliyyat dəhlizi işə düşdüŞimal-Cənub dəhlizi Zəngəzur dəhlizini kölgədə qoya bilərmi?İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcəkPrezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427268856_232:0:1971:1304_1920x0_80_0_0_71a40f8c1f1a28345231248f52a0cd08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
irandan nüvə ilə bağlı tarixi nəaliyyət
irandan nüvə ilə bağlı tarixi nəaliyyət
İranın nüvə ilə bağlı tarixi nailiyyəti
12:16 25.12.2021 (Yenilənib: 13:10 25.12.2021) XİN: İran tələsmir, lakin "eyni zamanda heç kimə Vyanada onların vaxtı və enerjisi ilə oynamağa icazə verməyəcək".
BAKI, 25 dekabr — Sputnik. İran özü nüvə yanacağı istehsal edə bilər. Ondan yaxın gələcəkdə Buşəhr Atom Elektrik Stansiyasında (AES) istifadə etməyi hesablayır.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti, İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri
Məhəmməd İslami bildirib.
"İran artıq özü nüvə yanacağı istehsal edir. Biz artıq "Rosatom" (Rusiyanın – red.) şirkəti ilə danışıqlar apardıq və ümid edirik ki, qarşılıqlı fəaliyyətimiz çərçivəsində və şirkətlər bağlayacağımız plan və müqavilələr əsasında Buşəhrdəki reaktorun özündə İran yanacağının istifadəsinə başlaya biləcəyik", - deyə İslami bildirib.
İran nüvə danışıqlarında müvəqqəti saziş imzalamayacaq
Qeyd edək ki, dekabrın 6-da İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib ki, İran yalnız sanksiyaların ləğvi ilə bağlı danışıqlar aparır, müvəqqəti və ya keçid razılaşmasını nəzərdən keçirmir.
Xətibzadə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına ABŞ-ın yenidən qoşulmasına dair Vyanada keçirilən müzakirələrdə İran iki əsas şərt - ABŞ sanksiyalarının götürülməsi və İranın kompensasiya addımlarının dayandırılması əsasında danışıqlar aparır.
Mətbuat katibi əlavə edib ki, İran tələsmir, lakin "eyni zamanda heç kimə Vyanada onların vaxtı və enerjisi ilə oynamağa icazə verməyəcək".