Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda yeni nəqliyyat dəhlizi işə düşdü

© AFP 2023 / JOHN MACDOUGALLməmur
məmur - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq.
BAKI, 24 dekabr — Sputnik. Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Məlumatda deyilir ki, bununla da Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması yaradılır.
Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək. Marşrut İranın cənubunda Fars körfəzindən başlayıb Avropaya kimi davam edir. Avtomobil karvanı dekabrın 23-də Azərbaycana çatıb. Sınaq yürüşünün icrası zamanı əldə olunacaq nəticələr araşdırılacaq, marşrutun səmərəliliyi təhlil ediləcək.
Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Tədbirdə İranın nəqliyyat qurumlarının, Şərqi Azərbaycan Vilayətinin, Azərbaycan və Gürcüstanın İrandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən həm də Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər.
Bu nəqliyyat dəhlizi və onun gələcəkdə istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhliz həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edir. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin əsas təşəbbüskarı və aparıcı qüvvəsi olan Azərbaycanın nəqliyyat habı olaraq mövqeyinin möhkəmlənməsinə, beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Nəticədə ölkəmizin strateji mövqeyi daha da güclənəcək.
Eləcə də oxuyun:
* Şimal-Cənub dəhlizi Zəngəzur dəhlizini kölgədə qoya bilərmi?
* İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək
* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Xəbər lenti
0