Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək

© AFP 2024Yük maşını
Yük maşını - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Ekspert bu fikirdədir ki, yeni "üçbucaq" müharibə aparmağı mənasız edir. Həmçinin İranın böyük dostunu oyuna qoşmaq sərf eləməyəcək.
BAKI, 18 dekabr — Sputnik. İran rəsmiləri gözlənilmədən regionda daha bir tranzit marşrutuna dair razılığın əldə olunduğunu elan etdilər. Belə ki, İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayəti bildirib ki, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.
Razılaşmaya əsasən, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək. Baş verənlər onu göstərir ki, yaxın gələcəkdə Qafqaz regionunda daha bir nəqliyyat layihəsi həyata keçiriləcək ki, bu da ümumilikdə dünya ticarəti üçün regionun əhəmiyyətini daha da artıracaq.
Sputnik Azərbaycan regionu gözləyən dəyişikliklər və onların nəticələri barədə Azərbaycanın Milli Məclisinin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Vüqar Bayramov, Rusiyanın Sosial-İqtisadi Araşdırmalar İnstitutunun direktoru, iqtisad elmləri doktoru Aleksey Zubets və Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu ilə həmsöhbət olub.
Vüqar Bayramov hesab edir ki, Cənubi Qafqaz regionunun beynəlxalq yük daşımaları baxımından potensialı olduqca böyükdür:
"Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizində iştirak edən dövlətlərdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində fərqli istiqamətdə əməkdaşlıq mövcuddur. Bura Bakı-Tbilisi-Qars dəmiryolu xətti, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə beynəlxalq daşımalar daxildir".
Millət vəkili qeyd edib ki, üç ölkəni birləşdirən yeni regional əməkdaşlıq, nəqliyyat dəhlizi istiqamətinin formalaşması da ondan xəbər verir ki, region ölkələri yükdaşımaları üzrə mövcud potensialını daha da fəal şəkildə istifadə etmək niyyətindədir:
"Fars körfəzi ilə Qara dəniz arasında yeni nəqliyyat əlaqələrinin formalaşması region üzərindən daşınan beynəlxalq yüklərin həcminə birbaşa təsir edəcək".
Cənubi Qafqaz üzrə ekspert Fatih Öztarsu isə hesab edir ki, İran Gürcüstanın limanları vasitəsilə Qara dəniz yolu ilə digər ölkələrə mal göndərməkdə həmişə istəkli olub:
"Bu iki ölkə arasında quru sərhədinin olmamasına baxmayaraq İranın Qafqaz siyasətində ticarət baxımından Gürcüstan xüsusi yeri tutub. Bu baxımdan yeni təşəbbüs həm İran, həm də bölgə ölkələri üçün önəmlidir. Çünki rəqibləri Türkiyə və Rusiyaya nisbətdə İran Cənubi Qafqazda ən az səmərə və qazanc əldə edən dövlətdir".
Rusiyanın Sosial-İqtisadi Araşdırmalar İnstitutunun direktoru, iqtisad elmləri doktoru Aleksey Zubets isə xatırladıb ki, Cənubi Qafqaz regionu ilə Yaxın Şərq ölkələri arasında müxtəlif nəqliyyat dəhlizi kombinasiyaları haqqında söhbətlər 10 ilə yaxındır gedir:
"Yerlərdə istehsal olunan və tranzit yüklərin daşınmasını yüngülləşdirəcək, asanlaşdıracaq müxtəlif marşrutlar nəzərdən keçirilirdi. Anlamaq lazımdır ki, ölkələri birləşdirən və ticarəti asanlaşdıran istənilən dəhliz regionun inkişafı üçün bir alətdir. Ona görə də Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizinə dair razılaşma, şübhəsiz, irəliyə doğru böyük addımdır.
Digər tərəfdən, anlamaq lazımdır ki, bu cür dəhlizlər əsasən ölkələrdə istehsal olunan yerli məhsullar və beynəlxalq daşımalardan çox, bir növ, Qara dəniz, Xəzər dənizi və Fars körfəzini birləşdirəcək bir coğrafi üçbucaq üçün nəzərdə tutulub. Yəni, Qara dəniz, Xəzər dənizi və Fars körfəzi ölkələri üçün bu, yaxşıdır. Lokal oyunçular üçünsə regional əlaqələr, regional kommunikasiyaların inkişafı üçün əlavə imkandır. Çünki yüklər gedəndə, tranzit olanda müharibə aparmağın mənası olmur".
Ekspertin fikrincə, bu dəhliz (İran – Azərbaycan – Gürcüstan) tam gücü ilə işə düşsə, hazırda regionda müzakirələrin getdiyi digər nəqliyyat dəhlizlərinə də qoşulmalıdır:
"Məsələn bu dəhliz Azərbaycanı Ermənistan ərazisindən keçməklə Türkiyəyə birləşdirəcək birbaşa kommunikasiyaları asanlaşdıra və ticarət daşımalarını daha ucuz edə bilər. Yəni regionda nəqliyyat dəhlizlərinin yaradılmasına ümumi baxış çərçivəsində bu, doğrudan da maraqlı layihədir".
Avropaya yük daşımaları potensialından danışan Zubets qeyd edib ki, Çin böyük ehtimalla öz məhsullarını bu regiona çatdırmaq üçün çətin ki, bu variantı seçsin:
"Çünki yüklər İranda gəmilərdən qatarlara boşaldılmalı, daha sonra yenidən Gürcüstanın Poti şəhərində gəmilərə yüklənməli, Bolqarıstanın Varna limanında yenidən yüklənməli və daha sonra son istehlakçıya çatdırılmalıdır. Yəni iki aralıq həlqənin formalaşması tranzit tariflərinin artması ilə nəticələnəcək".
Ekspert xatırladıb ki, tranzit yükləri ilə bağlı başqa variantlarda nəzərdən keçirilirdi. Onlardan biri Şimal-Cənub dəhlizi - yəni Rusiya, Azərbaycan və İranı birləşdirən dəhliz idi:
"Hələlik bu istiqamətdə də nəqliyyat daşımalarının inkişafına dair xüsusi bir inkişaf yoxdur. Mərkəzi Asiyadan Çinə getməklə Transxəzər dəhlizi nəzərdən keçirilirdi. Lakin burada biz ciddi inkişaf görmürük. Yəni regiona lokal daşımalar üçün bu variantlar yaxşıdır. Beynəlxalq daşımalara gəldikdə isə Çin üçün bu cür variantlar maraqlı deyil, çünki bu ölkə üçün konteynerlərlə öz yüklərini Süveyş kanalı vasitəsilə Avropaya çatdırmaq daha məqbuldur.
Düzdür, bu variant müəyyən vaxt işləməyə bilər. Xatırlayırsınızsa, Çinin "Evergreen" konteyner daşıyan şirkətinin gəmisi Süveyş kanalında saya oturmuş və bu zaman çatdırılmalar bir qədər gecikmişdi. Lakin anlamaq lazımdır ki, bu, nadir hallarda baş verir. Süveyş kanalı ümumilikdə yaxşı işləyir və oradan daşımaları həyata keçirmək olduqca ucuzdur".
Ekspert, həmçinin bildirib ki, region ölkələri aralarında siyasi də daxil olmaqla, fikir ayrılıqları var ki, bu da ciddi beynəlxalq daşımalar üçün nəqliyyat infrastrukturunun qurulmasına mənfi təsir edir:
"İran Çinin müttəfiqidir, Cənubi Qafqaz regionunda olan ölkələr, Türkiyənin isə həm Amerika, həm də Avropa İttifaqı ölkələri ilə yaxşı əlaqələri var. Bu ölkələrin isə Çinin təsir dairəsinə cəlb olunması həm Amerika, həm də Aİ üçün arzuolunan deyil".
Eləcə də oxuyun:
* Ermənistanın "ev tapşırığı" - Brüssel görüşünün daha bir detalı
* Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Sergey Markov: Ermənilər Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər
Xəbər lenti
0