https://sputnik.az/20211224/mariya-zaxarovadan-novbeti-33-aciqlamasi-437568344.html
Mariya Zaxarovadan növbəti "3+3" açıqlaması
Mariya Zaxarovadan növbəti "3+3" açıqlaması
Sputnik Azərbaycan
Diplomat xatırladıb ki, Türkiyə növbəti məsləhətləşmələr üçün platforma təqdim etməyə hazır olduğunu bildirib. 24.12.2021, Sputnik Azərbaycan
2021-12-24T16:27+0400
2021-12-24T16:27+0400
2021-12-24T16:27+0400
dünya xəbərləri
türkiyə
rusiya
ermənistan
iran
gürcüstan
platforma
mariya zaxarova
azərbaycan
format
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436551335_0:0:2797:1574_1920x0_80_0_0_bf3d7c59dbf12fa7b5fcd2df504dbf0f.jpg
BAKI, 24 dekabr — Sputnik. Cənubi Qafqazda "3+3" formatının bütün iştirakçıları Gürcüstanın da bu platformada iştirakında maraqlı olduqlarını bildiriblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.O bildirib ki, Gürcüstanın bu formatda iştirakı üçün qapı həmişə açıqdır: "Bildiyiniz kimi, dekabrın 10-da "3+3" formatının ilk iclası keçirildi. Həmin iclasda da bütün iştirakçılar Gürcüstanı burada görməkdən məmnun olacaqlarını ifadə etdilər".Türkiyə Xarici İşlər Nazirliyinin formatın növbəti görüşünün Ankarada keçirilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edən diplomat xatırladıb ki, Türkiyə növbəti məsləhətləşmələr üçün platforma təqdim etməyə hazır olduğunu bildirib: "Mənim fikrimcə, bu, formatın bütün iştirakçılarının birgə fəaliyyətin davam etdirilməsinə və praktiki qarşılıqlı əməkdaşlığın qurulmasına marağının çox yüksək olduğunu deməyə əsas verir".Qeyd edək ki, Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı "3+3" platformasını yaratmaq niyyətindədir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı "3+3" (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".Eləcə də oxuyun:* "5+3": Azərbaycana daha bir platforma təklif edildi* Moskvada Cənubi Qafqazla bağlı iclas: formatın bir üzvü gəlməkdən imtina edib* "Altılıq" yenə gündəmdə: Türkiyə İranla nəyi razılaşdırdı?
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436551335_171:0:2650:1859_1920x0_80_0_0_d2423a8678500901b9cccf29008497fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, rusiya, ermənistan, iran, gürcüstan, platforma, mariya zaxarova, azərbaycan, format
türkiyə, rusiya, ermənistan, iran, gürcüstan, platforma, mariya zaxarova, azərbaycan, format
Mariya Zaxarovadan növbəti "3+3" açıqlaması
Diplomat xatırladıb ki, Türkiyə növbəti məsləhətləşmələr üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.
BAKI, 24 dekabr — Sputnik. Cənubi Qafqazda "3+3" formatının bütün iştirakçıları Gürcüstanın da bu platformada iştirakında maraqlı olduqlarını bildiriblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Gürcüstanın bu formatda iştirakı üçün qapı həmişə açıqdır: "Bildiyiniz kimi, dekabrın 10-da "3+3" formatının ilk iclası keçirildi. Həmin iclasda da bütün iştirakçılar Gürcüstanı burada görməkdən məmnun olacaqlarını ifadə etdilər".
Türkiyə Xarici İşlər Nazirliyinin formatın növbəti görüşünün Ankarada keçirilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edən diplomat xatırladıb ki, Türkiyə növbəti məsləhətləşmələr üçün platforma təqdim etməyə hazır olduğunu bildirib: "Mənim fikrimcə, bu, formatın bütün iştirakçılarının birgə fəaliyyətin davam etdirilməsinə və praktiki qarşılıqlı əməkdaşlığın qurulmasına marağının çox yüksək olduğunu deməyə əsas verir".
Qeyd edək ki, Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı "3+3" platformasını yaratmaq niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı "3+3" (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.
Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.
Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".
* Moskvada Cənubi Qafqazla bağlı iclas: formatın bir üzvü gəlməkdən imtina edib
*
"Altılıq" yenə gündəmdə: Türkiyə İranla nəyi razılaşdırdı?