"5+3": Azərbaycana daha bir platforma təklif edildi
13:31 21.12.2021 (Yenilənib: 13:48 21.12.2021)
© Sputnik / Sergey Guneev
/ Abunə olmaq
Azərbaycana "Altılıq" layihəsindən sonra daha bir platforma təklif edilir. Hətta iştirakçıların sayı 11-dək yüksələ bilər.
BAKI, 21 dekabr - Sputnik. Gələn il Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığa dair imzalanan müqavilənin 25 ili olacaq.
Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyev bildirib.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyev
Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyev
© Sputnik / Murad Orujov
“Biz 2022-ci ildə Qırğızıstan – Azərbaycan əlaqələrində nəzərəçarpacaq inkişaf gözləyirik. Bildiyiniz kimi, uzun müddətdən sonra Qırğızıstan Azərbaycana səfir təyin etdi. Bu da ölkəmizin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasının göstəricisidir. Gələn il aprel-may aylarında Qırğızıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bərpasına dair saziş imzalanacaq. 2020-ci ildə Azərbaycan Prezidentinin Qırğızıstana səfəri nəzərdə tutulurdu. Lakin pandemiyaya görə bu səfər təxirə salındı”, - deyə Kayrat Osmonalıyev qeyd edib.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyev
Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyev
© Sputnik / Murad Orujov
Səfir bildirib ki, ölkəsi Azərbaycana “5+3” (Mərkəzi Asiya + Cənubi Qafqaz ölkələri) platformasında əməkdaşlığı təklif edib. Azərbaycan tərəfi bu layihəyə maraq göstərib. Digər ölkələr də Qırğızıstanın bu təklifinə biganə deyillər. Bu layihə postmünaqişə dövründə Cənubi Qafqazda təklif olunan yeni düzən - "3+3 platforması" ilə üzvi şəkildə uyğunlaşa bilər.
Diplomatın sözlərinə görə, "5+3" platformasında ölkələr müvafiq olaraq üç istiqamətdə - siyasi-diplomatiya, iqtisadiyyat, mədəni-humanitar sahələrdə - əməkdaşlıq edə bilərlər.
Kayrat Osmonalıyev qeyd edib ki, gələn il “5+3” platforması ilə bağlı ekspertlər səviyyəsində görüş keçiriləcək. Bu görüşə platformanın potensial iştirakçıları ilə yanaşı, qonşu böyük dövlətlər – Rusiya, Türkiyə, İran və Çindən olan ekspertlər də cəlb olunacaqlar.
Eləcə də oxuyun:
* Moskvada Cənubi Qafqazla bağlı iclas: formatın bir üzvü gəlməkdən imtina edib
* "Altılıq" yenə gündəmdə: Türkiyə İranla nəyi razılaşdırdı?