SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Altılıq" yenə gündəmdə: Türkiyə İranla nəyi razılaşdırdı?

© © Justin Sullivan/Getty Images/AFPMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Xüsusən də İran Prezidenti İbrahim Rəisinin Türkiyə və Azərbaycana ölkəsinin münasibətini açıq şəkildə ifadə etməsi bir müddət əvvəl bölgədə müşahidə olunan gərginliyin arxada qalmasını göstərirdi.
BAKI, 18 noyabr — Sputnik. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun İrana rəsmi səfəri “3+3” formatını yenidən gündəmə gətirdi. Çavuşoğlunun keçirdiyi görüşlərdə Türkiyə-İran münasibətləri ilə yanaşı, regional məsələlər də müzakirə obyektinə çevrildi. Xüsusən də İran Prezidenti İbrahim Rəisinin Türkiyə və Azərbaycana ölkəsinin münasibətini açıq şəkildə ifadə etməsi bir müddət əvvəl bölgədə müşahidə olunan gərginliyin arxada qalmasını göstərirdi. İranın ABŞ sanksiyaları altında yaşadığı bir vaxtda “3+3” formatının işə düşməsi cənub qonşumuz üçün də əlverişli sayılır.
Sputnik Azərbaycan “3+3” formatına yaranan əngəllərin səbəblərini araşdırıb və mövzu ilə bağlı politoloq Əhməd Əlili İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq Əhməd Əlili bildirib ki, bütün bu səfərlər yeni reallıqlar şəraitində ölkələr arasında münasibətlərin müəyyənləşdirilməsinə hesablanıb. Onun fikrincə, yeni reallıqlar şəraitində Rusiya və Türkiyə maraqlar müstəvisində balans yarada biliblər: “Azərbaycan tərəfi də mövcud şəraitdən məmnundur. Amma bununla belə, regional formatları özləri üçün faydasız hesab edən tərəflər də var və onlar mümkün qədər proseslərin ləngidilməsinə çalışırlar”.
Politoloqun sözlərinə görə, həmin ölkələrdən biri də İrandır.
“İran mövcud şəraitdə özü üçün hələlik bir üstünlük görmür. Bu da İranın Cənubi Qafqazda baş verənlərə dar maraqlar çərçivəsində yanaşmasından irəli gəlir. Buna görə də İran Cənubi Qafqazda baş verən dəyişikliklərin onun üçün müsbət təsirlərini görməyə tələsmir. Baxmayaraq ki, onlar bu yaxınlarda XİN rəhbərliyi səviyyəsində “3+3” formatını qəbul etdilər. Bizim istəyimiz isə İran tərəfindən ardıcıl addımların atılmasıdır. Düşünürəm ki, Çavuşoğlunun səfərində də bu məsələlərə toxunulub”.
Politoloq İlyas Hüseynov isə baş verən prosesləri şərh edərkən qeyd edib ki, İran tərəfi bu formatla bağlı tərəddüdlü idi: “Amma son siyasi proseslər göstərir ki, İran tərəfi kommunikasiyaların açılması ilə bağlı təşəbbüsləri dəstəkləyir və onların da maraqlarına uyğun gəldiyini qəbul edir. Bu da anlaşılandır. Çünki bu platformanın reallaşmasının bütün ölkələr üçün iqtisadi faydalı olması reallıqdır. Platforma həm də regionda sülhün dayanıqlılığının təmini üçün də önəm kəsb edir”.
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 04.11.2021
SİYASƏT
Hikmət Hacıyev: "Rəsmi Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"
İlyas Hüseynov vurğulayıb ki, İran tərəfinin ağır iqtisadi durumu platformaya münasibətinə təsir edir: “Kommunikasiyaların işə düşməsi ilə bu ölkənin yükləri digər iqtisadi bölgələrə çıxış əldə etmiş olacaq. Ancaq biz indi həm də Ermənistan tərəfindən revanşist meyillər və bölgədə gedən proseslərə pozucu təsirlər görməkdəyik. Bunlar isə Zəngəzur dəhlizinin bərpasına mane olmaq xarakteri daşıyır. Düşünürəm ki, İranın platformaya müsbət münasibəti proseslərin inkişafını sürətləndirəcək”.
Politoloq Ermənistan tərəfinin təxribatçı fəaliyyəti haqqında danışarkən bildirib ki, hazırda bu ölkənin proseslərdə qeyri-konstruktiv mövqe nümayiş etdirməsini görürük. Onun sözlərinə görə, Ermənistan 44 günlük müharibədən sonra qəbul edilmiş sənədlərin icrasını ləngitməyə çalışır:
“Bu ölkənin törətdiyi təxribatlar sadəcə özlərinin ziyanına işləyir. Eyni zamanda son baş verənlər Ermənistan iqtidarını getdikcə zəiflədir və müxalifətin güclənməsinə imkan yaradır. Revanşist meyilli qüvvələrin güclənməsi isə bölgədə sülh və sabitlik üçün başlıca təhlükə hesab edilə bilər”.
Eləcə də oxuyun:
* Ermənistan kapitulyasiya aktını imzalayıb və münaqişə sona yetib - Ceyhun Bayramov
* Tehranda kritik görüş: Ankara "3+3" formatı ilə bağlı İrandan nə istədiyini açıqladı
* Rusiya və Türkiyə "3+3" formatını müzakirə edib
* Paşinyan: "Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təkliflərini qəbul edirik"
Xəbər lenti
0