SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada Cənubi Qafqazla bağlı iclas: formatın bir üzvü gəlməkdən imtina edib

© Sputnik / Алексей Майшев / Mediabanka keçidMoskva
Moskva - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
Görüşdə Azərbaycanı Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
BAKI, 9 dekabr — Sputnik. Gürcüstan dekabrın 10-da keçiriləcək "altılıq" ("3+3") platformasının iclasında iştirak etməyəcək.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Gürcüstan tərəfi formatda iştirakla bağlı öz mövqeyini dəfələrlə təkrar edib.
“Xarici işlər nazirinin parlamentdəki sonuncu dinləmə zamanı məsələ ilə bağlı çıxışı da daxil olmaqla, Gürcüstan Xarici İşlər Nazirliyi "3+3" regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstan dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”,- deyə Nazirliyin bəyanatında bildirilib.
----------
11:06
Sabah, dekabrın 10-da Rusiya paytaxtı Moskvada "3+3" formatında regional işbirliyi platformasının ilk toplantısı keçiriləcək. Görüşdə Azərbaycanı Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva verib.
Həmçinin Türkiyənin Xarici İşlər Nazirliyi də görüş haqda məlumat yayıb.
"2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Azərbaycan, Ermənistan, Rusiya, və İranın xarici işlər nazirlərinin müavinlərinın qatılacağı toplantıda ölkəmizi nazir müavini Sədat Önalın rəhbərliyi ilə heyətimiz təmsil edəcək", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Altılıq platforması

Qeyd edək ki, Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı "3+3" platformasını yaratmaq niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı "3+3" (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.
Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.
Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".
Xəbər lenti
0