https://sputnik.az/20211221/rusiya-ve-fransa-prezidentleri-yene-qarabagi-muzakire-etdiler--437465037.html
Rusiya və Fransa prezidentləri yenə Qarabağı müzakirə etdilər
Rusiya və Fransa prezidentləri yenə Qarabağı müzakirə etdilər
Sputnik Azərbaycan
Prezidentlərin söhbətində vəziyyətin sabitləşməsi, regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən... 21.12.2021, Sputnik Azərbaycan
2021-12-21T19:55+0400
2021-12-21T19:55+0400
2021-12-21T23:32+0400
fransa
vladimir putin
putin
qarabağ
emmanuel makron
rusiya prezidenti vladimir putin
fransa prezidenti emmanuel makron
qarabağ
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426874842_0:0:1201:676_1920x0_80_0_0_0600c1de8acd0437a4c8cc1fa798956b.jpg
BAKI, 21 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsini davam etdiriblər.Fikir mübadiləsi zamanı Qarabağda vəziyyətin sabitləşməsi, regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.Bildirilib ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədir.Xatırladaq ki, bundan əvvəl Rusiya və Fransa prezidentləri arasında telefon danışığı noyabrın 11-də olub. Makronun təşəbbüsü ilə baş tutan söhbət zamanı Qarabağ məsələsi müzakirə edilmişdi. Bu gün Rusiyanın Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı deyib ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb. "Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb", - deyə Putin qeyd edib.Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.Xatırladaq ki, 10.10.2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Eləcə də oxuyun:* Putin və Makron Qarabağdakı vəziyyəti müzakirə ediblər* RF Baş Qərargah rəisi Rusiya sülhməramlılarının Qarabağdakı vəzifələri barədə* Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi* Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/05/426874842_0:0:1155:866_1920x0_80_0_0_963ecfd8bb43fb2d025ff713c0589e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, vladimir putin, putin, qarabağ, emmanuel makron, rusiya prezidenti vladimir putin, fransa prezidenti emmanuel makron, rusiya
fransa, vladimir putin, putin, qarabağ, emmanuel makron, rusiya prezidenti vladimir putin, fransa prezidenti emmanuel makron, rusiya
Rusiya və Fransa prezidentləri yenə Qarabağı müzakirə etdilər
19:55 21.12.2021 (Yenilənib: 23:32 21.12.2021) Prezidentlərin söhbətində vəziyyətin sabitləşməsi, regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.
BAKI, 21 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Rusiya və Fransa liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsini davam etdiriblər.
Fikir mübadiləsi zamanı Qarabağda vəziyyətin sabitləşməsi, regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.
Bildirilib ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə də sinxron fəaliyyət göstərmək niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Rusiya və Fransa prezidentləri arasında telefon danışığı noyabrın 11-də olub. Makronun təşəbbüsü ilə baş tutan söhbət zamanı Qarabağ məsələsi müzakirə edilmişdi.
Bu gün Rusiyanın Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniştərkibli kollegiya iclasında çıxışı zamanı deyib ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində Qarabağda humanitar vəziyyət yaxşılaşıb.
"Bir ildən artıqdır ki, bizim sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. Bir çox hallarda onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda minatəmizləmə işləri həyata keçirilib, sosial infrastruktur obyektləri bərpa olunur, tarixi və mədəni abidələr saxlanılıb", - deyə Putin qeyd edib.
Rusiya lideri sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və möhkəmliyinə görə təşəkkür edib.
Xatırladaq ki, 10.10.2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.