https://sputnik.az/20211222/lavrova-zeng-movzu-azerbaycan-ermenistan-serhedidir-437497948.html
Lavrova zəng: mövzu Azərbaycan-Ermənistan sərhədidir
Lavrova zəng: mövzu Azərbaycan-Ermənistan sərhədidir
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri Lavrova zəng vuran Mirzoyan sərhədlə bağlı məsləhətləşmələr aparıb. 22.12.2021, Sputnik Azərbaycan
2021-12-22T18:57+0400
2021-12-22T18:57+0400
2021-12-22T19:17+0400
siyasət
rusiya
sərhəd
telefon danışığı
sergey lavrov
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434768493_0:0:3113:1751_1920x0_80_0_0_a0e9ec888cb28eb0f223565e8d5d29de.jpg
BAKI, 22 dekabr - Sputnik. Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan çərşənbə günü apardıqları telefon danışığında Azərbaycan-Ermənistan sərhədində sabitliyin səviyyəsinin artırılmasının vacibliyini bəyan ediblər.Sputnik Azərbaycan bildirir ki, xəbəri Ermənistan XİN yayıb. Qeyd olunur ki, nazirlər noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşündə əldə olunan razılaşmaların yerinə yetirilməsinə dair geniş spektrdə məsələləri müzakirə ediblər. "Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması və vəziyyətin deeskalasiyası üzrə tədbirlərin, eləcə də sərhədin delimitasiya və demarkasiyası mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulandı", - məlumatda deyilir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı. Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi. Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.Həmçinin bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada, noyabrın 26-da isə Soçidə Bəyanat imzalayıblar.Eləcə də oxuyun:* Əliyev və Paşinyan ilin sonunda yenidən görüşəcəklər?* Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı* Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434768493_0:0:2731:2048_1920x0_80_0_0_7616afb441459f89cf5384a7da168ffc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər naziri lavrov zəng vuran mirzoyan sərhədlə bağlı məsləhətləşmələr aparıb azərbaycan ermənistan demarkasiya delimitasiya
rusiya xarici işlər naziri lavrov zəng vuran mirzoyan sərhədlə bağlı məsləhətləşmələr aparıb azərbaycan ermənistan demarkasiya delimitasiya
Lavrova zəng: mövzu Azərbaycan-Ermənistan sərhədidir
18:57 22.12.2021 (Yenilənib: 19:17 22.12.2021) Rusiya xarici işlər naziri Lavrova zəng vuran Mirzoyan sərhədlə bağlı məsləhətləşmələr aparıb.
BAKI, 22 dekabr - Sputnik. Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan çərşənbə günü apardıqları telefon danışığında Azərbaycan-Ermənistan sərhədində sabitliyin səviyyəsinin artırılmasının vacibliyini bəyan ediblər.
Sputnik Azərbaycan bildirir ki, xəbəri Ermənistan XİN yayıb.
Qeyd olunur ki, nazirlər noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşündə əldə olunan razılaşmaların yerinə yetirilməsinə dair geniş spektrdə məsələləri müzakirə ediblər.
"Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması və vəziyyətin deeskalasiyası üzrə tədbirlərin, eləcə də sərhədin delimitasiya və demarkasiyası mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulandı", - məlumatda deyilir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Həmçinin bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada, noyabrın 26-da isə Soçidə Bəyanat imzalayıblar.