https://sputnik.az/20211221/azerbaycanda-yeni-elektron-sistem-ilk-ne-demekdir-437437063.html
Azərbaycanda yeni elektron sistem - İLK nə deməkdir?
Azərbaycanda yeni elektron sistem - İLK nə deməkdir?
Sputnik Azərbaycan
Bu sistem işğaldan azad edilmiş ərazilərdə həyat qurmaq istəyənləri ilk növbədə maraqlandıracaq. 21.12.2021, Sputnik Azərbaycan
2021-12-21T12:46+0400
2021-12-21T12:46+0400
2021-12-21T12:46+0400
zəngilan
azərbaycan xəbərləri
elektron
məcburi köçkünlər
sistem
böyük qayıdış
smart village
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431511_0:62:2500:1468_1920x0_80_0_0_49a60d184f6b1a94689a8b2968978769.jpg
BAKI, 21 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın - repatriasiya və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün elektron idrarəetmə sistemi yaradır.Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov məlumat verib."Qayıdış və reinteqrasiya" elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşırO bildirib ki, Böyük Qayıdış mürəkkəb və məsuliyyətli işdir: "Dövlət Komitəsi də bu sahədə funksional vəzifələrini yerinə yetirməyə hazırdır, bu prosesin çevik, effektiv və şəffaf şəkildə aparılmasına nail olmaq üçün tədbirlər həyata keçirir. Belə ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış "İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım" layihəsi çərçivəsində "Qayıdış və reinteqrasiya" elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşır. Komitədə hazırlanmış və müvafiq qurumlara təqdim olunmuş "İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun, qayıdış və reinteqrasiya proseslərinin aparılması üçün normativ-hüquqi aktların layihələrində köçürülmənin, daimi məskunlaşmanın və reinteqrasiyanın müəyyən olunan meyarları və prinsipləri təsdiq edildikdən sonra yeni sistemin alqoritmləri ilə sinxronlaşdırılacaq".Komitə Ağalıya qayıdış prosesini elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşırN.Nərimanovun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması zamanı ən müasir texnologiyalar tətbiq edilir: "Ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji zonası" yaradılması kimi innovativ layihlərin icrasına başlanılıb. "Ağıllı kənd" layihəsi üzrə Zəngilan rayonunun Ağalı kəndində, ilkin mərhələdə, 200 fərdi yaşayış evi inşa edilir və sosial-texniki infrastruktur yaradılır. Komitə Ağalıya qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat bazasından və "elektron hökumət"ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislərdən istifadə etməklə yeni qurulmuş "Qayıdış və reinteqrasiya" elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşır".Komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir.O qeyd edib ki, komitənin strukturunda İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsi son dövrdə yaradılıb. Bundan sonra məcburi köçkünlərin uçotu elektronlaşdırılıb və onun əsasında vahid məlumat bazası formalaşdırılaraq, "elektron hökumət" və digər dövlət qurumlarının informasiya bazaları ilə inteqrasiya edilib. Hər bir məcburi köçkünə aid məlumatların toplanıldığı vahid elektron məlumat bazası komitədə funksional fəaliyyətin çevikliyini və operativliyini yüksəltməklə, həm də idarəetməni asanlaşdırıb. İki ildir ki, komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir.Vətəndaşlara my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıbN.Nərimanovun sözlərinə görə, məcburi köçkünlərin statusu və müvafiq vəsiqəsi, müavinət təminatı, kommunal ödənişləri haqqında məlumatlar ayrı-ayrılıqda elektronlaşdırılıb və bu e-xidmətlərdən dövlət qurumları istifadə edirlər. Vətəndaşlara isə my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıb. Qayıdış və reinteqrasiya" elektron platformasının yaradılması ərəfəsində, qayıdışa hazırlıq məqsədilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar da daxil edilməklə məcburi köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir".İşğaldan azad edilmiş ərazilərə qayıdışın uzunmüddətli proses olduğunu diqqətə çatdıran müşavir söhbətin yüz minlərlə həmvətənimizin daimi yaşayış üçün öz ata-baba yurduna qaytarılmasından, özü də beynəlxalq səviyyədə qəbul edilən təhlükəsizlik, könüllülük və layiqli həyat şəraitinin təmin edilməsi prinsipləri əsasında qaytarılmasından getdiyini bildirib.Mobil tətbiqin hazırlanması da gündəlikdədir"Qayıdışın və reinteqrasiyanın həyata keçirilməsi üçün yaradılan yeni elektron sistemin bu prosesin gedişində qazanılan təcrübə əsasında daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə dayanıqlı məskunlaşmaya, məşğulluğun təmin olunmasına, reinteqrantlara xidmətlərin göstərilməsinə dəstək verəcək mobil tətbiqin hazırlanması da gündəlikdədir", - o deyib.Eləcə də oxuyun:* Zəngilandakı "Ağıllı kənd"in ilk sakini: "Burada nə qədər qazansaq da..."* Qarabağda bu avtomobillərdən istifadə ediləcək* Qoy təhsildə yeni era Ağdamdan başlasın: Qarabağ Universitetinin təməli qoyulacaq* Zəngilana 800 min dollarlıq Türkiyə texnikası gətiriləcək* Zəngilanda iş yerləri təklif olunur* Azad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də ötürüləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431511_230:0:2270:1530_1920x0_80_0_0_d8270569631426bcce0a1fd19c33c9cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycanda yeni elektron sistem ilk nə deməkdir zəngilan ağalı işğaldan azad edilmiş ərazi qeydiyyat
azərbaycanda yeni elektron sistem ilk nə deməkdir zəngilan ağalı işğaldan azad edilmiş ərazi qeydiyyat
Azərbaycanda yeni elektron sistem - İLK nə deməkdir?
Bu sistem işğaldan azad edilmiş ərazilərdə həyat qurmaq istəyənləri ilk növbədə maraqlandıracaq.
BAKI, 21 dekabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın - repatriasiya və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün elektron idrarəetmə sistemi yaradır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov məlumat verib.
"Qayıdış və reinteqrasiya" elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşır
O bildirib ki, Böyük Qayıdış mürəkkəb və məsuliyyətli işdir: "Dövlət Komitəsi də bu sahədə funksional vəzifələrini yerinə yetirməyə hazırdır, bu prosesin çevik, effektiv və şəffaf şəkildə aparılmasına nail olmaq üçün tədbirlər həyata keçirir. Belə ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış "İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım" layihəsi çərçivəsində "Qayıdış və reinteqrasiya" elektron idarəetmə sisteminin yaradılması üzərində işlər yekunlaşır.
Komitədə hazırlanmış və müvafiq qurumlara təqdim olunmuş "İşğaldan azad edilmiş ərazilərə qayıdış və reinteqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun, qayıdış və reinteqrasiya proseslərinin aparılması üçün normativ-hüquqi aktların layihələrində köçürülmənin, daimi məskunlaşmanın və reinteqrasiyanın müəyyən olunan meyarları və prinsipləri təsdiq edildikdən sonra yeni sistemin alqoritmləri ilə sinxronlaşdırılacaq".
Komitə Ağalıya qayıdış prosesini elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşır
N.Nərimanovun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması zamanı ən müasir texnologiyalar tətbiq edilir: "Ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji zonası" yaradılması kimi innovativ layihlərin icrasına başlanılıb. "Ağıllı kənd" layihəsi üzrə Zəngilan rayonunun Ağalı kəndində, ilkin mərhələdə, 200 fərdi yaşayış evi inşa edilir və sosial-texniki infrastruktur yaradılır. Komitə Ağalıya qayıdış prosesini məcburi köçkünlərin vahid məlumat bazasından və "elektron hökumət"ə inteqrasiya olunmuş, müxtəlif qurumlara aid servislərdən istifadə etməklə yeni qurulmuş "Qayıdış və reinteqrasiya" elektron idarəetmə sistemi ilə aparmağa hazırlaşır".
Komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir.
O qeyd edib ki, komitənin strukturunda İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsi son dövrdə yaradılıb. Bundan sonra məcburi köçkünlərin uçotu elektronlaşdırılıb və onun əsasında vahid məlumat bazası formalaşdırılaraq, "elektron hökumət" və digər dövlət qurumlarının informasiya bazaları ilə inteqrasiya edilib. Hər bir məcburi köçkünə aid məlumatların toplanıldığı vahid elektron məlumat bazası komitədə funksional fəaliyyətin çevikliyini və operativliyini yüksəltməklə, həm də idarəetməni asanlaşdırıb. İki ildir ki, komitədə sənəd dövriyyəsinin elektron sistemi tətbiq edilir.
Vətəndaşlara my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıb
N.Nərimanovun sözlərinə görə, məcburi köçkünlərin statusu və müvafiq vəsiqəsi, müavinət təminatı, kommunal ödənişləri haqqında məlumatlar ayrı-ayrılıqda elektronlaşdırılıb və bu e-xidmətlərdən dövlət qurumları istifadə edirlər. Vətəndaşlara isə my.gov.az elektron sistemindən məcburi köçkün statusu haqqında arayış əldə etmək imkanı yaradılıb. Qayıdış və reinteqrasiya" elektron platformasının yaradılması ərəfəsində, qayıdışa hazırlıq məqsədilə komitənin keçirdiyi sorğular əsasında əldə olunmuş əlavə məlumatlar da daxil edilməklə məcburi köçkünlərin vahid məlumat bazası daha da təkmilləşdirilir".
İşğaldan azad edilmiş ərazilərə qayıdışın uzunmüddətli proses olduğunu diqqətə çatdıran müşavir söhbətin yüz minlərlə həmvətənimizin daimi yaşayış üçün öz ata-baba yurduna qaytarılmasından, özü də beynəlxalq səviyyədə qəbul edilən təhlükəsizlik, könüllülük və layiqli həyat şəraitinin təmin edilməsi prinsipləri əsasında qaytarılmasından getdiyini bildirib.
Mobil tətbiqin hazırlanması da gündəlikdədir
"Qayıdışın və reinteqrasiyanın həyata keçirilməsi üçün yaradılan yeni elektron sistemin bu prosesin gedişində qazanılan təcrübə əsasında daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələdə dayanıqlı məskunlaşmaya, məşğulluğun təmin olunmasına, reinteqrantlara xidmətlərin göstərilməsinə dəstək verəcək mobil tətbiqin hazırlanması da gündəlikdədir", - o deyib.
* Qoy təhsildə yeni era Ağdamdan başlasın:
Qarabağ Universitetinin təməli qoyulacaq