https://sputnik.az/20211206/qoy-tehsilde-yeni-era-agdamdan-baslasin-qarabag-universitetinin-temeli-qoyulacaq--437010175.html
Qoy təhsildə yeni era Ağdamdan başlasın: Qarabağ Universitetinin təməli qoyulacaq
Qoy təhsildə yeni era Ağdamdan başlasın: Qarabağ Universitetinin təməli qoyulacaq
Sputnik Azərbaycan
Azərbayanda, Cənubi Qafqazda yeganə rayon mərkəzi Ağdamdır ki, burada küçələr parael və perpendikulyardır, küçələr bir-biri ilə kəsişir. Ağdam doğurdan da... 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T22:39+0400
2021-12-06T22:39+0400
2021-12-06T22:39+0400
ağdam
qarabağ
təhsil
təhsil eksperti kamran əsədov
əziz səncər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:320:3073:2048_1920x0_80_0_0_f1c2ddef339c2c1faf7180d406fba81d.jpg
BAKI, 6 dekabr — Sputnik. Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq. Dünya şöhrətli türk alim Aziz Sancar da Azərbaycana bir həftəlik səfəri çərçivəsində işğaldan azad olunan torpaqların elm və təhsilin inkişafındakı rolundan danışıb. Şuşa mədəniyyət mərkəzinə çevrilibsə, Ağdam necə, elm və təhsilin mərkəzi ola bilərmi?Millət vəkili Anar İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında dünya təcrübəsindən danışaraq bildirib ki, İkinci Dünya müharibəsində faşistlər tərəfindən yerlə-yeksan edilən, xarabalıqlara çevrilən ərazilərdə ilk bərpa olunan yerlər bağçalar, orta məktəblər və ali məktəblər oldu: "Həmin vaxtda tələbələr özləri də bu bərpa və quruculuq işlərində iştirak edir, faciələri gözləri ilə görürdülər. Koreya, Yaponiya ilə bağlı da bu təcrübələr var. Ağdamla bağlı hökumətin zəngin bir proqramı var. Qədim dünya tarixində Roma şəhəri haqda hər zaman deyirdik ki, burada küçələr paralel və perpendikulyardır, nümunəvi bir şəhərdir. Roma bu gün də belədir. Azərbayanda, Cənubi Qafqazda yeganə rayon mərkəzi Ağdamdır ki, burada küçələr parael və perpendikulyardır, küçələr bir-biri ilə kəsişir. Ağdam doğurdan da yaxın vaxtlarda birmənalı şəkildə Qarabağın mərkəzinə çevriləcək".Millət vəkili bildirir ki, burada təhsil üçün də hər cür imkanlar var: "Ağdamda universitet, musiqi və rəssamlıq məktəblərinin yaradılacağına əminəm. Ən azı burada kifayət qədər muzeylər olacaq. Xüsusən də 30 il ərzində Qarabağın başına gətirilən müsibətlərlə bağlı muzeylər yaradılacaq. Bu cür addımlar həm də həmin ərazinin tarixinin təbliği, yaşadılması deməkdir. Dünya şöhrətli alim Aziz Sancarın fikirlərini təqdir edirəm".O bildirir ki, Qarabağı cənnətə çevirməklə həm də dünyaya bir mesaj vermiş oluruq: "Bu torpaq bizimdir ki, onu cənnətə çeviririk. Erməni 30 il ərzində orada bir ağac əkmədi, əksinə olanları məhv etdi. Dünən əlində silah olan əsgər bu torpaqları azad etdi və bu gün həmin azərbaycanlılar mühəndis, yaxud da digər peşə və ixtisaslarda uğur qazanmış biri olaraq gecə-gündüz Qarabağda çalışırlar. Ölkə başçısının sərəncamı da onu göstərir ki, Ağdama xüsusi önəm veriləcək. Füzuli bu gün Qarabağa girişin qapısıdırsa, Ağdam da gələcəkdə elə bir şəhərə çevriləcək ki, hər gələn buradan xoş təəssüratla ayrılacaq".Təhsil eksperti Kamran Əsədov deyir ki, Ağdam Qarabağa gedən yolun girişindədir. Bəzi təhsil müəssisələrinin Qarabağın müxtəlif ərazilərində salınması çətin olsa da, bu təhsil müəssisələrinin böyük hissəsi Ağdamda salına bilər: "Biz orada hər bir şəhər və rayonda mütləq şəkildə universitet açmalıyıq. Bəziləri deyir ki, Bakıdakı universitetləri Qarabağa köçürək, bu yanlış fikirdir. Çünki orada işləyəcək kadr tapa bilməyəcəyik. Həmin ərazilərin təhlükəsizliyini təmin etmək üçün orada xüsusi xidmət orqanlarının hər birinin akademiyasını açmalıyıq. Xüsusən də sərəhdboyu ərazilərdə bunu reallaşdırmalıyıq. Bizim sovet dövründə 70 illik ən böyük səhvimiz həmin ərazilərdə ixtisaslı kadrların çatışmazlığı idi. Biz bu çətinliyin şahidi olduq".Ekspert deyir ki, Bakıda sıxlığı azaltmaqla həmin yerləri Qarabağ bölgəsi üçün ayırmalıyıq: "Bizim xüsusən də texniki ixtisaslara ehtiyacımız var, çünki birbaşa ölkə başçısının iştirakı ilə ağıllı kəndlər salınıb. Bizim əsas problemlərimizdən biri laboratoriyaların olmaması ilə bağlıdır. Bundan başqa, elmi mərkəzlərin olmaması da ciddi problemdir. Düşünürəm ki, həmin ərazilərdə müasir laboratoriyaları mütləq şəkildə təşkil etməliyik. Bu torpaqlar 30 ildir ki, tam olaraq istifadə edilmir. Kənd təsərrüfatı, nano texnologiyalar və laboratoriyalarla bağlı ciddi tədqiqatlara ehtiyac var. Azərbaycan elmi yeni bir dövrə başlamalıdı".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:0:2731:2048_1920x0_80_0_0_11d3a78958d7765865415fe23c562113.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdam, təhsil, təhsil eksperti kamran əsədov, əziz səncər
ağdam, təhsil, təhsil eksperti kamran əsədov, əziz səncər
Qoy təhsildə yeni era Ağdamdan başlasın: Qarabağ Universitetinin təməli qoyulacaq
Azərbayanda, Cənubi Qafqazda yeganə rayon mərkəzi Ağdamdır ki, burada küçələr parael və perpendikulyardır, küçələr bir-biri ilə kəsişir. Ağdam doğurdan da yaxın vaxtlarda birmənalı şəkildə Qarabağın mərkəzinə çevriləcək.
BAKI, 6 dekabr — Sputnik. Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq.
Dünya şöhrətli türk alim Aziz Sancar da Azərbaycana bir həftəlik səfəri çərçivəsində işğaldan azad olunan torpaqların elm və təhsilin inkişafındakı rolundan danışıb.
Şuşa mədəniyyət mərkəzinə çevrilibsə, Ağdam necə, elm və təhsilin mərkəzi ola bilərmi?
Millət vəkili Anar İsgəndərov Sputnik Azərbaycan-a açıqlamasında dünya təcrübəsindən danışaraq bildirib ki, İkinci Dünya müharibəsində faşistlər tərəfindən yerlə-yeksan edilən, xarabalıqlara çevrilən ərazilərdə ilk bərpa olunan yerlər bağçalar, orta məktəblər və ali məktəblər oldu:
"Həmin vaxtda tələbələr özləri də bu bərpa və quruculuq işlərində iştirak edir, faciələri gözləri ilə görürdülər. Koreya, Yaponiya ilə bağlı da bu təcrübələr var. Ağdamla bağlı hökumətin zəngin bir proqramı var. Qədim dünya tarixində Roma şəhəri haqda hər zaman deyirdik ki, burada küçələr paralel və perpendikulyardır, nümunəvi bir şəhərdir. Roma bu gün də belədir. Azərbayanda, Cənubi Qafqazda yeganə rayon mərkəzi Ağdamdır ki, burada küçələr parael və perpendikulyardır, küçələr bir-biri ilə kəsişir. Ağdam doğurdan da yaxın vaxtlarda birmənalı şəkildə Qarabağın mərkəzinə çevriləcək".
Millət vəkili bildirir ki, burada təhsil üçün də hər cür imkanlar var: "Ağdamda universitet, musiqi və rəssamlıq məktəblərinin yaradılacağına əminəm. Ən azı burada kifayət qədər muzeylər olacaq. Xüsusən də 30 il ərzində Qarabağın başına gətirilən müsibətlərlə bağlı muzeylər yaradılacaq. Bu cür addımlar həm də həmin ərazinin tarixinin təbliği, yaşadılması deməkdir. Dünya şöhrətli alim Aziz Sancarın fikirlərini təqdir edirəm".
O bildirir ki, Qarabağı cənnətə çevirməklə həm də dünyaya bir mesaj vermiş oluruq: "Bu torpaq bizimdir ki, onu cənnətə çeviririk. Erməni 30 il ərzində orada bir ağac əkmədi, əksinə olanları məhv etdi. Dünən əlində silah olan əsgər bu torpaqları azad etdi və bu gün həmin azərbaycanlılar mühəndis, yaxud da digər peşə və ixtisaslarda uğur qazanmış biri olaraq gecə-gündüz Qarabağda çalışırlar. Ölkə başçısının sərəncamı da onu göstərir ki, Ağdama xüsusi önəm veriləcək. Füzuli bu gün Qarabağa girişin qapısıdırsa, Ağdam da gələcəkdə elə bir şəhərə çevriləcək ki, hər gələn buradan xoş təəssüratla ayrılacaq".
Təhsil eksperti Kamran Əsədov deyir ki, Ağdam Qarabağa gedən yolun girişindədir. Bəzi təhsil müəssisələrinin Qarabağın müxtəlif ərazilərində salınması çətin olsa da, bu təhsil müəssisələrinin böyük hissəsi Ağdamda salına bilər:
"Biz orada hər bir şəhər və rayonda mütləq şəkildə universitet açmalıyıq. Bəziləri deyir ki, Bakıdakı universitetləri Qarabağa köçürək, bu yanlış fikirdir. Çünki orada işləyəcək kadr tapa bilməyəcəyik. Həmin ərazilərin təhlükəsizliyini təmin etmək üçün orada xüsusi xidmət orqanlarının hər birinin akademiyasını açmalıyıq. Xüsusən də sərəhdboyu ərazilərdə bunu reallaşdırmalıyıq. Bizim sovet dövründə 70 illik ən böyük səhvimiz həmin ərazilərdə ixtisaslı kadrların çatışmazlığı idi. Biz bu çətinliyin şahidi olduq".
Ekspert deyir ki, Bakıda sıxlığı azaltmaqla həmin yerləri Qarabağ bölgəsi üçün ayırmalıyıq: "Bizim xüsusən də texniki ixtisaslara ehtiyacımız var, çünki birbaşa ölkə başçısının iştirakı ilə ağıllı kəndlər salınıb. Bizim əsas problemlərimizdən biri laboratoriyaların olmaması ilə bağlıdır. Bundan başqa, elmi mərkəzlərin olmaması da ciddi problemdir. Düşünürəm ki, həmin ərazilərdə müasir laboratoriyaları mütləq şəkildə təşkil etməliyik. Bu torpaqlar 30 ildir ki, tam olaraq istifadə edilmir. Kənd təsərrüfatı, nano texnologiyalar və laboratoriyalarla bağlı ciddi tədqiqatlara ehtiyac var. Azərbaycan elmi yeni bir dövrə başlamalıdı".