Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zəngilana 800 min dollarlıq Türkiyə texnikası gətiriləcək

© © ARKTN-nin mətbuat xidmətiKənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
İstehsalçı şirkətdən bildirilib ki, ötən illə müqayisədə Azərbaycana satdıqları aqrar texnikanın ümumi dəyəri təxminən 10 dəfə artıb.
BAKI, 25 oktyabr — Sputnik. Zəngilan rayonunun Ağalı kəndində icra olunan "Ağıllı kənd" layihəsi çərçivəsində yaradılacaq aqroparka Türkiyənin Aydın vilayətindəki "Efe" şirkətinin istehsalı olan kənd təsərrüfatı texnikası gətiriləcək.
Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, texnikanın dəyəri 800 min ABŞ dolları təşkil edəcək.
İstehsalçı şirkətdən bildirilib ki, ötən illə müqayisədə Azərbaycana satdıqları aqrar texnikanın ümumi dəyəri təxminən 10 dəfə artıb.
"Efe" Azərbaycanla yanaşı, Almaniya və Fransa kimi inkişaf etmiş Avropa ölkələrinə də kənd təsərrüfatı texnikası satır.
Xatırladaq ki, Zəngilandakı aqroparkda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı nəzərdə tutulub.
Xəbər lenti
0