CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm reyestrində məlumatlarınız düz olmazsa...

© Sputnik / Nigar İskanderovaHalal Hotel
Halal Hotel - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Ölkədən turist aparıb, ölkəyə turist gətirməyinizdən, yəni, belə bir fəaliyyətinizdən asılı olmayaraq hər bir tur paketin satışı zamanı mütləq turistlərinizi və ya qonaqlarınızı sığortalamalısınız.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda turizm subyektlərinin reyestri elektron qaydada aparılacaq. Layihəyə əsasən, turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesi subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən normativ hüquqi aktlara uyğun olaraq açıq hesab edilən məlumatların əldə olunmasını, turizm sahəsində elektron xidmətlər göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət turizm orqanı Turizm Reyestrini yaradacaq və həmin reyestrin elektron formada aparılmasını təmin edəcək.
Turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.
Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları müəyyən edildiyi tarixdən 15 gün müddətində Turizm Reyestrinə daxil etməlidirlər. Turizm sənayesi subyektləri Turizm Reyestrində onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 gün müddətində bu məlumatların Turizm Reyestrində yenilənməsini təmin etməlidirlər.
Turizm üzrə ekspert Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışır, bildirir ki, belə bir reyestrin yaradılması çoxdan vacib olan bir məsələdir. Çünki elektron sistem müştərilər üçün daha güvənlidir:

"Bu elektron reyestr ilə Azərbaycan respublikası ərazisində fəaliyyət göstərən, rəsmi tanınan turizm sənayesinin subyektləri, bu fəaliyyət növü ilə məşğul olan biznes subyektləri bir platforma üzərində cəmlənməlidir".

S.Dübəndi qeyd edir ki, reytinq ya müstəqil təşkilatlar tərəfindən aparılacaq, yaxud da sistem özü bunu avtomatik olaraq həyata keçirtmiş olacaq. Ekspert bildirir ki, ümumiyyətlə, fəaliyyət növlərinin sistemləşməsi ürəkaçandır:
"Qonaqpərvərlik sənayesi genişdir. Bura ictimai-iaşə müəssisələri də daxildir. Bu səbəbdən də ictimai-iaşə müəssisələri də qeydiyyatdan keçəcəkmi, yaxud onlar üçün başqa bir platforma yaradılacaqmı, bu bir qədər sual altında qalan məsələdir".
Turizm üzrə ekspert Ramin Zamanov isə Sputnik Azərbaycan-a açqılamasında deyir ki, turizm sektorlarının elektron qaydada reyestrinin aparılması həm də bu obyektlərin məsuliyyət məsələsinə təsir edəcək:

"Ümumiyyətlə, hotellərin ulduz məsələsi ilə bağlı böyük narahatlıqları var. Təəssüflər olsun ki, hotellər bəzən nə ulduz oldu yazıb-yapışdırırlar. Bu elektron reyestr isə müştərilərə məlumatların doğru-dürüst çatıdırlmasına yardım edəcək. Bundan əlavə, onların fəaliyyətinin yoxlanılmasını bilavasitə asanlaşdıracaq və özləri də işlərinə məsuliyyətli yanaşacaqlar".

Mütəxəssis bildrir ki, belə bir sistemin yaradılması həm də xaricdən gələn bir turistin məmnunluğuna da səbəb olacaq. Bu həmçinin Azərbaycanla əməkdaşlıq edən xarici şirkətlərin də işini asanlaşdıracaq:
"Reyestrin formalaşmasında hansı şirkətin tur-agent, hansının tur-operator olmağının qeydiyyatı aparılmış olacaq. Bu da xaricdən Azərbaycana müştəri göndərəcəklər şirktələrin işini asanlaşdırmış olacaq".
Turizm üzrə ekspert Rəhim Qədirov deyir ki, "Turizm Reyestri" daha əvvəldən bizə tanış olsa da, sonradan ləğv edilib. O düşünür ki, bu reyestrə daxil edilməli olan şirkətlər müəyyən normativ qaydalara cavab verməli olacaq:

"Məsələn, işçi sayı, ofisdə yerləşmə, bəzi lazımi ləvazimatlar və sair kimi Turizm reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, buradakı məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə tətbiq olunacaq".

O qeyd edir ki, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək:
"Yəni, siz ölkədən turist aparıb, ölkəyə turist gətirməyinizdən, yəni, belə bir fəaliyyətinizdən asılı olmayaraq hər bir tur paketin satışı zamanı mütləq turistlərinizi və ya qonaqlarınızı sığortalamalısınız. Əks halda həmin şirkət cərimələnəcək".
Həmçinin oxuyun:
Turizm bölgələrində Yeni İl üçün astronomik qiymətlər
Hotellər ciddi şəkildə cərimə edilə bilər
Hotellər altı ay ərzində ulduz kateqoriyası almalıdır
Bu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıb
Xəbər lenti
0