CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hotellər altı ay ərzində ulduz kateqoriyası almalıdır

© AP Photo / Kemal SofticHotel
Hotel - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatı aparılacaq.
BAKI, 13 dekabr — Sputnik. Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Turizm haqqında" yeni qanun layihəsində deyilir.
Layihəyə görə, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatı aparılmalıdır. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Bakıda “Intercontinental” oteli - Sputnik Azərbaycan, 1920, 30.11.2021
CƏMİYYƏT
"Halal Hotel" nədir? - Azərbaycanda yenilik
Yerləşmə vasitələrində ictimai iaşə (qidalanma) xidmətləri göstərən subyektlər "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qida təhlükəsizliyi qeydiyyatına alınmalıdırlar.
Qeyd edək ki, yeni qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Həmçinin oxuyun:
Bu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıb
Milli burjuaziya xəyalı və ya şou-biznesdəki hacılar
Xəbər lenti
0