https://sputnik.az/20211101/bu-il-ecnebiler-terefinden-mehmanxanalarda-kecirilmis-gecelemelerin-sayi-35-faiz-azalib-434779685.html
Bu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıb
Bu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıb
Sputnik Azərbaycan
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub. 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T19:22+0400
2021-11-01T19:22+0400
2021-11-01T19:22+0400
hotel
azərbaycan xəbərləri
turizm
dövlət statistika komitəsi
statistika
mehmanxana
dövlət turizm agentliyi
https://cdnn1.img.sputnik.az/img/42225/91/422259118_0:13:3055:1731_1920x0_80_0_0_da92edd6ae8e4cc8644862f0904b269b.jpg
BAKI, 1 noyabr — Sputnik. 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1340,6 min olub.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18 faizini təşkil edir. Gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası,11,2 faizi Böyük Britaniya, 6,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İtaliya, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 3,1 faizi ABŞ, 2,2 faizi Qətər, 1,9 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Belarus, 1,4 faizi Niderland, 1,3 faizi İran, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Fransa, 1,0 faizi Norveç, 1,0 faizi Gürcüstan, 28,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1099,6 min olub.2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub ki, onun da 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 faiz səviyyəsində olub (2020-ci ilin yanvar-sentyabr aylarında 7,0 faiz). Bu göstərici Şabranda 83,1 faiz, Beyləqanda 24,7 faiz, Qubada 21,3 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 20,4 faiz, Qəbələdə 17,5 faiz, Şəmkirdə 13,8 faiz, Ağcabədidə 13,8 faiz, Bakıda 13,5 faiz, Cəlilabadda 13,2 faiz, Bərdədə 13,0 faiz, Şamaxıda 11,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/91/422259118_108:0:2839:2048_1920x0_80_0_0_4fe10c688470f45cd895c644ea57f2d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hotel, turizm, dövlət statistika komitəsi, statistika, mehmanxana, dövlət turizm agentliyi
hotel, turizm, dövlət statistika komitəsi, statistika, mehmanxana, dövlət turizm agentliyi
BAKI, 1 noyabr — Sputnik. 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1340,6 min olub.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18 faizini təşkil edir. Gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası,11,2 faizi Böyük Britaniya, 6,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İtaliya, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 3,1 faizi ABŞ, 2,2 faizi Qətər, 1,9 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Belarus, 1,4 faizi Niderland, 1,3 faizi İran, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Fransa, 1,0 faizi Norveç, 1,0 faizi Gürcüstan, 28,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1099,6 min olub.
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olub ki, onun da 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 faiz səviyyəsində olub (2020-ci ilin yanvar-sentyabr aylarında 7,0 faiz). Bu göstərici Şabranda 83,1 faiz, Beyləqanda 24,7 faiz, Qubada 21,3 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 20,4 faiz, Qəbələdə 17,5 faiz, Şəmkirdə 13,8 faiz, Ağcabədidə 13,8 faiz, Bakıda 13,5 faiz, Cəlilabadda 13,2 faiz, Bərdədə 13,0 faiz, Şamaxıda 11,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.