https://sputnik.az/20211214/hoteller-ciddi-sekilde-cerime-edile-biler-437242591.html
Hotellər ciddi şəkildə cərimə edilə bilər
Hotellər ciddi şəkildə cərimə edilə bilər
Sputnik Azərbaycan
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq. 14.12.2021, Sputnik Azərbaycan
2021-12-14T20:23+0400
2021-12-14T20:23+0400
2021-12-14T20:23+0400
hotel
cəmiyyət
manat
cərimə
https://cdnn1.img.sputnik.az/img/07e4/09/02/424829629_0:48:2190:1280_1920x0_80_0_0_33819b75321ef03aebe7acf4f3331b49.jpg
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında turizmlə bağlı qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklərə əsasən, mehmanxanalar (hotellər) tərəfindən "Turizm haqqında" qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq ediləcək.Digər dəyişikliyə əsasən, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə ediləcək.Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.Həmçinin, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.Həmçinin oxuyun:Hotellər altı ay ərzində ulduz kateqoriyası almalıdırBu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıbJurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub"Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
https://sputnik.az/20211214/deputatlardan-naraziliq-azal-in-qiymet-siyaseti-turistlerin-gelisine-mane-olur-437239127.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/02/424829629_15:0:2015:1500_1920x0_80_0_0_bae2828ae748a11d133502e1ea9e9ad3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hotel, manat, cərimə
Hotellər ciddi şəkildə cərimə edilə bilər
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında turizmlə bağlı qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklərə əsasən, mehmanxanalar (hotellər) tərəfindən "Turizm haqqında" qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Digər dəyişikliyə əsasən, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə ediləcək.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.
Həmçinin, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Jurnalistlərin
ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub