DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu ölkədə artıq COVID-19 pasportunu çiplə bədənə yerləşdirirlər

Çip - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Çiplərə həmçinin müqavilələr, gediş haqqı kartları, idman zalına abonement və sair lazımi sənədləri də yerləşdirmək mümkündür.
BAKI, 19 dekabr - Sputnik. İsveçdə bir şirkət dəri altına yeridilə bilən vaksin sertifikatı barədə məlumatların yazıldığı mikroçiplər hazırlayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, şirkətdən texnologiyanın təhlükəsiz olduğu bildirilib. Lazım gəldikdə implantları çıxarmaq da olur. Vaksin sertifikatından başqa, çiplərə müqavilələr, gediş haqqı kartları, idman zalına abonement və sair lazımi sənədləri də yerləşdirmək mümkündür.
Bildirilir ki, artıq İsveçdə altı min adamın bədəninə belə çip yerləşdirilib.
İmplant NFC (Near Field Communications) çipini ehtiva edir, onun içindəki məlumatları istənilən oxuyucu qurğu ilə deşifrə etmək olur (məsələn, NFS tətbiqli smartfonla).
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Hazırda omikron ştammı sürətlə yayılmaqdadır. Bir çox Avropa ölkəsi, o cümlədən Böyük Britaniya, Fransa, Niderland və s. karantin qaydalarını sərtləşdirən qərarlar veriblər. Ümumilikdə bütün dünyada COVID-19 pasportu olmadan başqa bir ölkənin ərazisinə keçmək, yaxud da ictimai yerlərdən istifadə etmək müşkül məsələyə çevrilib.
Eləcə də oxuyun:
* Omikron ştammı koronavirusa yeni "çalar" verdi: nadir əlamətlər
* Eyni vaxtda yoluxdura bilən ştammlar - Delta və Omikron
* Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
Xəbər lenti
0