Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Omikron ştammı koronavirusa yeni "çalar" verdi: nadir əlamətlər

© REUTERS / Rafael MarchanteXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Bu gün omikron ştammına yoluxanların sayı 24 mindən çoxdur.
BAKI, 18 dekabr - Sputnik. Britaniyanın ZOE COVID Study tədqiqatçıları öz tətbiqlərinin məlumatlarına əsasən koronavirusun yeni omikron ştammının əlamətlərinin siyahısını dərc ediblər.
Londondan olan COVID-19 xəstələrinin məlumatına görə, daha çox zökəm, başağrısı, hədsiz yorğunluq, tez-tez asqırmaq və boğazda qıcıqlanma omikron ştammının ən çox rast gəlinən əlamətləridir.
Express nəşrinin jurnalistləri yeni simptomlar arasında iştahın itməsini göstərirlər.
ZOE-nin aparıcı elmi işçisi Tim Spektorun fikrincə, Milad bayramınacan omikron ştammı Britaniyada dominant olacaq. Mütəxəssis həmçinin qeyd edib ki, COVID-19-un bu variantına yoluxma səviyyəsi ən yüksək ola bilər.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Londonda omikron ştammına yoluxma ilə bağl artıq fövqəladə vəziyyət elan edilib. Şəhər meri Sadiq Xan qeyd edib ki, son 24 saat ərzində pandemiya başlayandan bəri ən yüksək yoluxma səviyyəsi müşahidə ediblər. Onun sözlərinə görə, hospitalizasiya ehtiyacı artdığından tibbi heyətin çatışmazlığı hiss olunur.
Britaniya Sağlamlıq Agentliyinin məlumatına görə, dekabrın 17-də sutka ərzində 93 mindən çox COVID-19-a yeni yoluxma faktı aşkarlanıb.
Fransanın paytaxtı Parisdə isə indidən Yeni ilin Yelisey çöllərində bayram edilməsini qadağan ediblər. Dekabrın 31-nə nəzərdə tutulan konsert və pirotexniki şou ləğv olunub.
Bu gün omikron ştammına yoluxanların sayı 24 mindən çoxdur.
Eləcə də oxuyun:
* Eyni vaxtda yoluxdura bilən ştammlar - Delta və Omikron
* Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
Xəbər lenti
0