https://sputnik.az/20211212/ust-den-omikron-haqda-yeni-melumatlar-deltadan--suretli-amma-zeifdir--437192590.html
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
Sputnik Azərbaycan
Aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T22:04+0400
2021-12-12T22:04+0400
2021-12-12T22:04+0400
səhiyyə
təhlükə
vaksin
üst
yeni tip koronavirus pandemiyası
koronavirus
"delta" ştammı
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888491_0:43:2891:1669_1920x0_80_0_0_e0c199f75959750505481e73778f1a6d.jpg
BAKI, 12 dekabr - Sputnik. Koronavirusun yeni ştammı - "omikron" vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi "delta" qədər deyil. Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir. "Hazırda məlumatlar məhduddur və vaksinlərin "omikron"a qarşı effektiv olduğunu təsddiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və "omikron" ştammının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb", - bəyanatda bildirilir.ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştammın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar. Ancaq bu gün omikronu artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, "delta"nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb. Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştammının yayılmasına əngəl olmayacağını deyib.Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştammla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.Eləcə də oxuyun: * COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər* Vaksin olunmuşlardan yoluxma ehtimalı* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb
https://sputnik.az/20211212/ngilterede-omikron-xeberdarligi-75-mine-yaxin-insan-ole-biler-437184602.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888491_105:0:2836:2048_1920x0_80_0_0_3c33b2ba835eff0a123ec5b913bf876a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhlükə, vaksin, üst, yeni tip koronavirus pandemiyası, koronavirus, "delta" ştammı, omikron ştammı
təhlükə, vaksin, üst, yeni tip koronavirus pandemiyası, koronavirus, "delta" ştammı, omikron ştammı
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
Aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
BAKI, 12 dekabr - Sputnik. Koronavirusun yeni ştammı - "omikron" vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi "delta" qədər deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir.
"Hazırda məlumatlar məhduddur və vaksinlərin "omikron"a qarşı effektiv olduğunu təsddiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və "omikron" ştammının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb", - bəyanatda bildirilir.
ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştammın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
Ancaq bu gün omikronu artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, "delta"nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştammının yayılmasına əngəl olmayacağını deyib.
Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştammla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.
* Qamaleya Mərkəzində
"Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Baş infeksionist:
Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb