https://sputnik.az/20211213/yaponiyada-covid-19-dan-olum-seviyyesi-niye-asagidir-437193383.html
Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
Sputnik Azərbaycan
Bu yaxınlarda Yaponiya KİV-ləri məlumat yayıblar ki, ölkədə COVID-19 "özü-özünü məhv edib". 13.12.2021, Sputnik Azərbaycan
2021-12-13T10:12+0400
2021-12-13T10:12+0400
2021-12-13T11:38+0400
səhiyyə
yaponiya
ölüm
gen
yoluxma
yeni tip koronavirus pandemiyası
koronavirus
covid-19
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/42428/13/424281335_0:258:3002:1947_1920x0_80_0_0_f2932bfccfc3cd31410b9d99ddc0e91d.jpg
BAKI, 13 dekabr - Sputnik. Yaponiya Dövlət Təbiət Elmləri İnstitutunun alimləri koronavirusdan ölüm hallarının aşağı səviyyəsinin yaponların genetikası ilə əlaqəsi olduğunu aşkarlayıblar. Sputnik Azərbaycan bildirir ki, bu barədə The Japan Times yazır. Ekspertlər müəyyən ediblər ki, xəstəliyin ağır gedişatının qarşısını almağa kömək edən HLA-A24 antigeninin molekuluna yaponların təxminən 60%-də, Avropa və ABŞ-dakı insanların isə 10-20%-də rast gəlinir.Virus orqanizmə daxil olarkən HLA-A24 antigeninin müdafiə mexanizmi işə düşür, o, leykositlərin daxilində güclü immun cavabı yaradır və bu da yoluxmuş hüceyrələri məhv edir. Bu yaxınlarda Yaponiya KİV-ləri məlumat yayıblar ki, ölkədə COVID-19 "özü-özünü məhv edib". Hələ üç ay əvvəl sutka ərzində ölkədə 26 min yeni yoluxma halı aşkarlanırdısa, hazırda bu rəqəm sutka ərzində 200-dən aşağıdır, ölənlər isə yoxdur.Eyni situasiya Hindistanda da qeydə alınır. Dekabrın 4-də 8603 yeni yoluxma halı olsa da, COVID-19-dan ölən olmayıb.Virusoloqlar bunu xəstələrin müalicəsindəki dəyişikliklə əlaqələndiriblər.Dekabrın 12-də ÜST-ün yaydığı məlumata görə, omikron ştammı artıq 63 ölkədə aşkarlanıb və o, yoluxma sürətinə görə deltanı da geridə qoya bilər. Ancaq eyni zamanda qurumdan qeyd ediblər ki, bu ştamm deltadan daha zəifdir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.Eləcə də oxuyun:* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər* Vaksin olunmuşlardan yoluxma ehtimalı* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42428/13/424281335_273:0:3002:2047_1920x0_80_0_0_2f3838ee8bac74a18e4c452d0d86ee91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaponiya, ölüm, gen, yoluxma, yeni tip koronavirus pandemiyası, koronavirus, covid-19, omikron ştammı
yaponiya, ölüm, gen, yoluxma, yeni tip koronavirus pandemiyası, koronavirus, covid-19, omikron ştammı
Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
10:12 13.12.2021 (Yenilənib: 11:38 13.12.2021) Bu yaxınlarda Yaponiya KİV-ləri məlumat yayıblar ki, ölkədə COVID-19 "özü-özünü məhv edib".
BAKI, 13 dekabr - Sputnik. Yaponiya Dövlət Təbiət Elmləri İnstitutunun alimləri koronavirusdan ölüm hallarının aşağı səviyyəsinin yaponların genetikası ilə əlaqəsi olduğunu aşkarlayıblar.
Ekspertlər müəyyən ediblər ki, xəstəliyin ağır gedişatının qarşısını almağa kömək edən HLA-A24 antigeninin molekuluna yaponların təxminən 60%-də, Avropa və ABŞ-dakı insanların isə 10-20%-də rast gəlinir.
Virus orqanizmə daxil olarkən HLA-A24 antigeninin müdafiə mexanizmi işə düşür, o, leykositlərin daxilində güclü immun cavabı yaradır və bu da yoluxmuş hüceyrələri məhv edir.
Bu yaxınlarda Yaponiya KİV-ləri məlumat yayıblar ki, ölkədə COVID-19 "özü-özünü məhv edib". Hələ üç ay əvvəl sutka ərzində ölkədə 26 min yeni yoluxma halı aşkarlanırdısa, hazırda bu rəqəm sutka ərzində 200-dən aşağıdır, ölənlər isə yoxdur.
Eyni situasiya Hindistanda da qeydə alınır. Dekabrın 4-də 8603 yeni yoluxma halı olsa da, COVID-19-dan ölən olmayıb.
Virusoloqlar bunu xəstələrin müalicəsindəki dəyişikliklə əlaqələndiriblər.
Dekabrın 12-də ÜST-ün yaydığı məlumata görə, omikron ştammı artıq 63 ölkədə aşkarlanıb və o, yoluxma sürətinə görə deltanı da geridə qoya bilər. Ancaq eyni zamanda qurumdan qeyd ediblər ki, bu ştamm deltadan daha zəifdir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
* Qamaleya Mərkəzində
"Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Baş infeksionist:
Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb