Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Alakol limonu" - iyirmi illik zəhmətin bəhrəsi

© Sputnik / Ilham MustafaTovuzda limon bağı
Tovuzda limon bağı - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Fermer deyir ki, məhsulunu "Tovuz limonu" kimi satışa çıxarır. Limon topdan 40 qəpiyə, pərakəndə halda isə 50 qəpikdən satılır. Limon kilo ilə deyil, dənə ilə satıldığından fermer üçün əlverişlidir.
BAKI, 19 dekabr — Sputnik. Tovuzun Alakol kəndində yaşayan Sahib Qasımov bölgə üçün xarakterik olmayan limon kolları yetişdirir. Ömrünün 20 ilini sərf etdiyi bu sahə artıq onun üçün gəlir mənbəyinə çevrilib. S.Qasımovun yetişdirdiyi məhsul bütün qərb bölgəsində tanınır və bazarlarında “Tovuz limonu” adı ilə satılır.
Təsərrüfatçı limon yetişdirməyə cənub bölgəsində yaşayan bir dostu tərəfindən ona göndərilən limon tingini basdırdıqdan sonra başladığını, sonra isə bu işi genişləndirərək istixana təsərrüfatına çevirdiyini söyləyib:
© Sputnik / Ilham MustafaTovuzun Alakol kəndində yaşayan Sahib Qasımov
Tovuzda limon bağı - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Tovuzun Alakol kəndində yaşayan Sahib Qasımov
"20 il əvvəl Lənkərandan olan dostum mənə limon tingi göndərmişdi. Onu həvəslə əkdim, gördüm yaxşı effekt verir. Ondan sonra bu işlə məşğul olmağa başladım. Ting eləmək yollarını kitablardan öyrəndim. İnkişafı üçün həyətdə subtropik şərait yaratdım. Hazırda isə bunun biznesinə keçmişəm. Ətraf rayonlardan gəlib alıb aparırlar. Bütün bölgədə “Tovuz limonu”, “Alakol limonu” adı ilə tanınır”, - deyə S.Qasımov məlumat verib.
İxtisasca aqronom olan Sahib Qasımov deyir ki, bir limon ağacı 3 yaşından sonra meyvə verməyə başlayır. 5 yaşından sonra isə hər ağacdan 300-dən 500-ə qədər meyvə əldə etmək olur. Limonun may ayında çiçəklədiyini, payızda meyvə verdiyini deyən fermer, istixana şəraitində olduğundan demək olar ilin dörd fəslində limon yığımı aparır.
© Sputnik / Ilham Mustafa

Tovuzda limon bağı

Tovuzda limon bağı - Sputnik Azərbaycan
1/3

Tovuzda limon bağı

© Sputnik / Ilham Mustafa

Tovuzda limon bağı

Tovuzda limon bağı - Sputnik Azərbaycan
2/3

Tovuzda limon bağı

© Sputnik / Ilham Mustafayev

Tovuzda limon bağı

Tovuzda limon bağı - Sputnik Azərbaycan
3/3

Tovuzda limon bağı

1/3

Tovuzda limon bağı

2/3

Tovuzda limon bağı

3/3

Tovuzda limon bağı

Fermer yaxşı və bol məhsul əldə etməyini isə düzgün qulluqla əlaqələndirir:
"Limonun meyvəsi mənfi 3 dərəcədən sonra zədələnir. Ağac özü isə mənfi 7 dərəcədə qurumağa başlayır. Buna görə qış ayları yaxınlaşanda istixananın örtüyünü iki qat edirəm. İçərisində soba quraşdırıb kolları qoruyuram. Yazda kimyəvi mübarizə aparmaq lazımdır ki, zərərvericilər məhsulu məhv etməsin. Suyunu bol verib, üzvi gübrələrlə qulluq edildiyi halda limonun meyvələri də yaxşı görünüşlü və sağlam olur", - deyə fermer bildirib.
© Sputnik / Ilham MustafayevTovuzda limon bağı
Tovuzda limon bağı - Sputnik Azərbaycan, 1920, 17.12.2021
Tovuzda limon bağı
Satışa gəldikdə fermer deyir ki, məhsulunu "Tovuz limonu" kimi satışa çıxarır. Limon topdan 40 qəpiyə, pərakəndə halda isə 50 qəpikdən satılır. Limon kilo ilə deyil, dənə ilə satıldığından fermer üçün əlverişlidir. Hazırda isə soyuq ay olmasına baxmayaraq limon bağında bu məhsul yığımı aparılır və satışı həyata keçirilir.
Həmçinin oxuyun:
Adı lüğətdə, dadı əfsanələrdə qalacaq - Fermerlər niyə belə sərt qərar verirlər?
İstixanalar sökülüb satılır - Fermerlər həyəcan təbili çalır
Bərdəlilər üçün yeni "qürur qaynağı", yaxud Borş və ya dolma bişirən beş dəfə düşünəcək
Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
Xəbər lenti
0