Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bərdəlilər üçün yeni "qürur qaynağı", yaxud Borş və ya dolma bişirən beş dəfə düşünəcək

© AFP 2024 / BENSON IBEABUCHIKələm
Kələm - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Ötən ilin oktyabr ayında Bərdə və Qusar kələminin topdansatış qiyməti 23 qəpik təşkil edirdi.
BAKI, 27 noyabr — Sputnik. Bu ilin oktyabr ayında Bərdə kələminin topdansatış qiyməti 1 manat 30 qəpik olub. Ötən ilin oktyabr ayında isə Bərdə kələminin topdansatış qiyməti 23 qəpik təşkil edirdi.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu ilin oktyabr ayında Bərdə kələminin topdansatış qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 5,7 dəfə artıb. Bərdə kələminin qiyməti bu ilin sentyabr ayında isə 78 qəpik olub. Oktyabr ayında qiymət sentyabra görə 66,7 faiz bahalaşıb.
Cari ilin oktyabrında Qusar kələminin topdansatış qiyməti isə 1 manat 20 qəpik olub və ötən ilin oktyabr ayına görə 5,2 dəfə bahalaşıb. Ötən ilin oktyabr ayında qiymət 23 qəpik idi. Bu ilin sentyabr ayına görə isə qiymət 53,8 faiz qalxıb. Qusar kələminin də qiyməti bu ilin sentyabr ayında 78 qəpik olub.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ildə kələmin əkin sahəsi 2015-ci ilə nisbətən 23.2%, 2019-cu ilə nisbətən isə 6.5% azalaraq 4.3 min hektar olub. 2020-ci ildə kələm istehsalı 2015-ci ilə nisbətən 37.0% artıb, 2019-cu ilə nisbətən isə 12.7% azalaraq 129.6 min ton olub.
2020-ci ildə kələm istehsalının 83.5%-i 9 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar: Şəmkir–29.8%, Bərdə–29.8%, Qusar–6.3%, Naxçıvan MR-4.0%, Sabirabad–3.4%, Xaçmaz–3.3%, Ağdaş–2.8%, Balakən-2.1% və Gədəbəy–2.0% paya malikdir.
2020-ci ildə kələmin məhsuldarlığı 2015-ci ilə nisbətən 39.5%, 2019-cu ilə nisbətən isə 10.4% artaraq 227.4 sent/ha olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 105,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 110,0 faiz təşkil edib.
Eləcə də oxuyun:
* Kiçik kəndli təsərrüfatlarının böyük problemləri: Onları inhisarçılıq məhv edir
* Səhrada cənnət: dəniz suyu təmizlənir, balıq da yetişdirilir, zeytun da
* Bazarımızın "indikatoru" - Yumurta bahalaşdısa, narahat olmağa dəyər?
* Avropada istixanaların bağlanması Azərbaycandan meyvə-tərəvəz ixracına rəvac verirmi?
Xəbər lenti
0