https://sputnik.az/20211216/qaraheybet-sehidlerinin-ovladlari-himayeye-goturulub-437305750.html
"Qaraheybət" şəhidlərinin övladları himayəyə götürülüb
"Qaraheybət" şəhidlərinin övladları himayəyə götürülüb
Sputnik Azərbaycan
Uşaqların hər birinə 18 yaşına çatana kimi ayrılacaq pulun miqdarı, eləcə də ailələrinə ediləcək maddi yardımın qədəri açıqlanıb. 16.12.2021, Sputnik Azərbaycan
2021-12-16T20:37+0400
2021-12-16T20:37+0400
2021-12-16T20:37+0400
"qaraheybət" təlim mərkəzi
cəmiyyət
pul
şəhid
maddi yardım
övlad
himayə
ahik
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860659_0:103:2000:1228_1920x0_80_0_0_f5e302dfcb49d7909895172c4fac6dc0.jpg
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladını himayəyə götürəcək.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin onlayn formatda iclasında verilib. Bildirilir ki, həmin uşaqların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstəriləcək. Həmçinin qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi də nəzərdə tutulub.Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb. “Mİ-17” markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.Azərbaycanın həmkarlar ittifaqları həmçinin Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 164 şəhidin 274 nəfər azyaşlı uşaqlarını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir.Eləcə də oxuyun:* Şəhid olan iki hərbçinin vərəsələrinə sığorta ödənişlərinin verilməsinə başlanılıb* Baş prokurorluq qəzaya uğrayan helikopterin "qara qutusu" barədə* Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"* Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək* "Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436860659_114:0:1887:1330_1920x0_80_0_0_be404a4785087fa54591655fb3ec729a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"qaraheybət" şəhidləri övladlar hər ay pul ödəniləcək ailə maddi yardım
"qaraheybət" şəhidləri övladlar hər ay pul ödəniləcək ailə maddi yardım
"Qaraheybət" şəhidlərinin övladları himayəyə götürülüb
Uşaqların hər birinə 18 yaşına çatana kimi ayrılacaq pulun miqdarı, eləcə də ailələrinə ediləcək maddi yardımın qədəri açıqlanıb.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladını himayəyə götürəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin onlayn formatda iclasında verilib. Bildirilir ki, həmin uşaqların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstəriləcək. Həmçinin qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi də nəzərdə tutulub.
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb. “Mİ-17” markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
Azərbaycanın həmkarlar ittifaqları həmçinin Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 164 şəhidin 274 nəfər azyaşlı uşaqlarını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir.
*
Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan
şəhid qızı o rəsm haqqında danışdı