Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı

Abunə olmaq
Mayor pilotumuz Murad Məmmədovun qızı Banu atası ilə vida mərasimindən sonra çəkdiyi ürək dağlayan rəsmi haqqında danışıb. Ətraflı videomuzda.
Banunun atasını üçrəngli Azərbaycan bayrağına bükülmüş tabutun içində təsvir etdiyi rəsm daş ürəkləri belə kövrəldib. Körpə barmaqları ilə duyğularını rəsmə çevirən 6 yaşlı Banu atasına həsr etdiyi rəsmlə bağlı Sputnik Azərbaycan-a danışıb.
Murad Məmmədov şəhid olduqdan sonra qızı Banunun yuxusuna da girib. B.Məmmədova deyir ki, atasını Şəhidlər Xiyabanında görüb:
"Atamla görüşdüm. Mənə dedi ki, Banu gələn dəfə gələndə daha böyük bayraq gətir"
Banu atasını uçub gedən mələk obrazında canlandırıb
Şəhid mayorun həyat yoldaşı Aysel Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, Banu atası şəhid olandan sonra iki rəsm çəkib. Birinci rəsmdə ancaq atasını bayrağa bükülmüş tabutun içində çəkən Banu, ikinci rəsmdə Muradın onlardan necə uzaqlaşdığını da təsvir edib:
"İkinci şəkildə Banu atasını həm tabutun içində, həmçinin də mələk qanadlarında bizim yanımızdan uçub gedərkən təsvir edib. Bu rəsmində ailədə üç nəfərin, mənim, bacısının və özünün adını qeyd etməklə sanki ailədə artıq üç nəfərin qaldığını anlatmağa çalışıb. Atasını isə uçub gedən mələk obrazında canlandırıb. Banunun çəkdiyi rəsmdə olduğu kimi balalarımın əlini heç vaxt buraxmayacağam. Onlar Muradın mənə əmanətləridir. Biz o şəkildə olduğu kimi əl-ələ tutub gül dəstəsi ilə tez-tez Muradı ziyarət edəcəyik".
Xəbər lenti
0