https://sputnik.az/20211206/bas-prokurorluq-qezaya-ugrayan-helikopterin-qara-qutusu-barede-437002796.html
Baş prokurorluq qəzaya uğrayan helikopterin "qara qutusu" barədə
Baş prokurorluq qəzaya uğrayan helikopterin "qara qutusu" barədə
Sputnik Azərbaycan
Helikopterin "qara qutusu"nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır. 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T16:45+0400
2021-12-06T16:45+0400
2021-12-06T16:45+0400
qəza
cəmiyyət
helikopter
baş prokurorluq
helikopter qəzası
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:370:2785:1936_1920x0_80_0_0_97314edfde9428e45121d9a6346ac8e4.jpg
BAKI, 6 dekabr — Sputnik. BAş Prokurorluq helikopter qəzası ilə bağlı təxribat versiyasını təkzib edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Baş prokurorun böyük köməkçisi ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə bu barədə bildirib. O, deyib ki, helikopter qəzası mürəkkəb hadisə olduğu üçün müxtəlif növ ekspertiza təyin edilib: "Qəzaya səbəb təxribat amili ola bilməz. Məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb, işlər aparılır. Helikopterin "qara qutusu"nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır. Hazırda mürəkkəb növ ekspertizalar ölkə daxilində həyata keçirilməsi məsələsinə baxılır. Yekun nəticə barədə ictimaiyyətə ruhi məlumatlar veriləcək".Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.Eləcə də oxuyun:* Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"* Helikopter qəzasında yaralanan sərhədçilərin son durumu açıqlanıb* Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək* "Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:0:2581:1936_1920x0_80_0_0_c06a66e4919605540215642e6883a3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qəza, helikopter, baş prokurorluq, helikopter qəzası
qəza, helikopter, baş prokurorluq, helikopter qəzası
Baş prokurorluq qəzaya uğrayan helikopterin "qara qutusu" barədə
Helikopterin "qara qutusu"nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır.
BAKI, 6 dekabr — Sputnik. BAş Prokurorluq helikopter qəzası ilə bağlı təxribat versiyasını təkzib edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Baş prokurorun böyük köməkçisi ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə bu barədə bildirib.
O, deyib ki, helikopter qəzası mürəkkəb hadisə olduğu üçün müxtəlif növ ekspertiza təyin edilib: "Qəzaya səbəb təxribat amili ola bilməz. Məsələnin araşdırılması üçün xüsusi komissiya yaradılıb, işlər aparılır. Helikopterin "qara qutusu"nun Azərbaycanda və ya xaricdə olduğu barədə məlumatlar istintaq sirri kimi gizli saxlanılır. Hazırda mürəkkəb növ ekspertizalar ölkə daxilində həyata keçirilməsi məsələsinə baxılır. Yekun nəticə barədə ictimaiyyətə ruhi məlumatlar veriləcək".
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.