https://sputnik.az/20211203/helikopter-qezasinin-qurbanlarina-sehid-statusu-verildi-ailelerine-sosial-odenis-edilecek-436944996.html
Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, DSMF artıq DSX hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən... 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T23:45+0400
2021-12-03T23:45+0400
2021-12-06T11:07+0400
cəmiyyət
şəhid
helikopter
helikopter qəzası
hərbi helikopter
şəhid ailələri
əmək və əhalinin sosial müdafiə nazirliyi
sahil babayev
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436852561_0:67:1280:787_1920x0_80_0_0_8e6b509e8c02bbf2d91268d507394037.jpg
BAKI, 3 dekabr - Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) “Qaraheybət” poliqonunda qəzaya uğrayan helikopterdə həlak olmuş hərbçilərin ailələrinə ödəniləcək."Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”, - nazir deyib. O, qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb: “Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onların ailələrinə də ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.Nazir onu da bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) artıq noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb.Sahil Babayevin sözlərinə görə, onlara müvafiq sosial ödənişlərin (müavinət, təqaüd, kompensasiya, pensiya) hər biri bu ay ərzində təyin olunacaq. Onların digər sosial hüquqları da təmin olunacaq. Qeyd edək ki, noyabrın 30-da Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb. Helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.Həmçinin oxuyun:"Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş anaElçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkdiHelikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436852561_72:0:1209:853_1920x0_80_0_0_451892f720f132663cffb553ae0d9750.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, helikopter, helikopter qəzası, hərbi helikopter, şəhid ailələri, əmək və əhalinin sosial müdafiə nazirliyi, sahil babayev
şəhid, helikopter, helikopter qəzası, hərbi helikopter, şəhid ailələri, əmək və əhalinin sosial müdafiə nazirliyi, sahil babayev
Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
23:45 03.12.2021 (Yenilənib: 11:07 06.12.2021) Nazirin sözlərinə görə, DSMF artıq DSX hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb.
BAKI, 3 dekabr - Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) “Qaraheybət” poliqonunda qəzaya uğrayan helikopterdə həlak olmuş hərbçilərin ailələrinə ödəniləcək.
"Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”, - nazir deyib.
O, qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb:
“Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onların ailələrinə də ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.
Nazir onu da bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) artıq noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb.
Sahil Babayevin sözlərinə görə, onlara müvafiq sosial ödənişlərin (müavinət, təqaüd, kompensasiya, pensiya) hər biri bu ay ərzində təyin olunacaq. Onların digər sosial hüquqları da təmin olunacaq.
Qeyd edək ki, noyabrın 30-da Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb. Helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək