Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub

© Photo : Facebook.com / zahid.oruc.3Zahid Oruc, millət vəkili
Zahid Oruc, millət vəkili - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
"Medai haqqında" qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
BAKI, 14 dekabr — Sputnik. Biz istərdik ki, hökumət jurnalistlər üçün ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında "Media haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z.Oruc bildirib ki, söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir:
"Lakin medianın qanuni maliyyələşməsi və onun dayanıqlı iqtisadi bazasının yaradılması üçün dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlıq şəraitində aparılması tələb edilir. Layihə həm də özəl investisiyanın bu sahəyə qoyulmasını təşviq edir".
Qeyd edək ki, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Bu qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
 Media subyekti redaksiyasının loqotipi (emblemi) olmalıdır. Media subyektinin redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə edə bilər.
Loqotip (emblem) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan Media Reyestrinə daxil edilir.
Xəbər lenti
0