https://sputnik.az/20211213/turagentler-turistlere-yazili-muqavile-ile-xidmet-gosterecekler-437216886.html
Turagentlər turistlərə yazılı müqavilə ilə xidmət göstərəcəklər
Turagentlər turistlərə yazılı müqavilə ilə xidmət göstərəcəklər
Sputnik Azərbaycan
Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi... 13.12.2021, Sputnik Azərbaycan
2021-12-13T23:19+0400
2021-12-13T23:19+0400
2021-12-13T23:19+0400
turist
cəmiyyət
xidmət
agent
müqavilə
https://cdnn1.img.sputnik.az/img/42226/64/422266469_0:0:3076:1731_1920x0_80_0_0_d6538294ee5e3ed461655f852773ff09.jpg
BAKI, 13 dekabr — Sputnik. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Turizm haqqında" yeni qanun layihəsində deyilir.Layihəyə görə, müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.Turoperator və turagentlər müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin dəyərini ödəyən istehlakçılara turizm yollayışı təqdim etməlidirlər. Turizm yollayışı turizm zərfinin və ya turizm xidmətinin satışına dair müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.Turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.Qeyd edək ki, yeni qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.Həmçinin oxuyun:Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılırBu il əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 35 faiz azalıbAzərbaycanın turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdırTuristləri Azərbaycandan didərgin salan səbəb - Aviabiletlərin qiyməti göydə uçur
https://sputnik.az/20211213/hoteller-alti-ay-erzinde-ulduz-kateqoriyasi-almalidir-437216319.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/64/422266469_347:0:3076:2047_1920x0_80_0_0_f247dbdf238e6e392e2236d0ddef8045.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
turist, xidmət, agent, müqavilə
turist, xidmət, agent, müqavilə
Turagentlər turistlərə yazılı müqavilə ilə xidmət göstərəcəklər
Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası mütləq əks olunmalıdır.
BAKI, 13 dekabr — Sputnik. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Turizm haqqında" yeni qanun layihəsində deyilir.
Layihəyə görə, müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.
Turoperator və turagentlər müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.
Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin dəyərini ödəyən istehlakçılara turizm yollayışı təqdim etməlidirlər. Turizm yollayışı turizm zərfinin və ya turizm xidmətinin satışına dair müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
Turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.
Qeyd edək ki, yeni qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Azərbaycanın
turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdır
Turistləri Azərbaycandan didərgin salan səbəb -
Aviabiletlərin qiyməti göydə uçur