https://sputnik.az/20211206/azerbaycanin-turizm-sahesi-2-milyard-manat-itirib-ancaq-yeniden-dircelmeye-hazirdir-437011431.html
Azərbaycanın turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdır
Azərbaycanın turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdır
Sputnik Azərbaycan
Pandemiya zamanı yalnız Bakının mərkəzində 50 hotel fəaliyyətini dayandırıb. Dünyada turizm biznesinə qoyulan məhdudiyyətlər Azərbaycanda milyardlarla itkilərə... 06.12.2021, Sputnik Azərbaycan
2021-12-06T20:20+0400
2021-12-06T20:20+0400
2021-12-06T20:20+0400
turizm
təhlil
qarabağ
xəzər dənizi
https://cdnn1.img.sputnik.az/img/42244/57/422445745_0:0:2001:1125_1920x0_80_0_0_153bdf06410beea68f4413a7b509f3a9.jpg
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın turizm sahəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən 2 milyard manat itirib. Bu barədə Sputnik Azərbaycan-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi məlumat verib.2020-ci il dünya turizmi tarixində ən ağır il olub: bu müddət ərzində əvvəlki illə müqayisədə 74% daha az səyahət edilib ki, bu da ümumdünya miqyaslı itkilərə səbəb olub.Azərbaycan da istisna deyil - ölkə hələ də maliyyə itkiləri ilə üzləşməkdə davam edir. Proqnozlar vəziyyətin yalnız 2024-cü ilə qədər aydınlaşacağını vəd edir, belə ki, qarşıda turizm sahəsində qeyri-müəyyən perspektivlərlə hələ iki il var."Ümid edirəm ki, Madriddə Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyası çərçivəsində keçiriləcək tədbirlərdə bu vəziyyətdən çıxmaq üçün prioritetlər qoyulacaq", - deyə Dübəndi vurğulayıb.UNWTO-nun proqnozlarıUNWTO-nun baş katibi Zurab Pololikaşvili əmindir ki, dünya turizmi, yəqin ki, 2023-cü ildən yeni koronavirus pandemiyasından əvvəlki göstəricilərə qayıda biləcək."UNWTO-nun ekspertlər qrupu təxirə salınmış səyahət tələbi ilə əlaqədar 2022-ci ilin ikinci və üçüncü rüblərində müsbət yüksəliş proqnozlaşdırır. Hazırda Cənubi Avropa, Mərkəzi Amerika və Karib hövzəsi regionlarında kiçik bir bərpanı müşahidə edirik", - deyə Pololikaşvili qeyd edib.Pandemiyanın turizmə təsiriBu gün restoran və hotel biznesi sahibləri bacardıqları qədər əllərindən gələni edirlər. Bəzi restoratorlar çatdırılma, sifariş xidmətləri ilə məşğul olmağa başlayaraq öz bizneslərində dəyişikliklər ediblər. Bu təcrübə ölkədəki restoranlar faktiki olaraq bağlandıqda, lokdaun zamanı öz bəhrəsini verdi."Kimisi yeni reallıqlara uyğunlaşa bildi, kimisində alınmadı, kimisi boş qaldı, müəyyən obyektlər bağlandı. Pandemiyanın ilk altı ayında, 2020-ci ilin əvvəlində yalnız Bakının mərkəzində, restoran biznesindən fərqli olaraq fəaliyyətləri qadağan olunmasa da, artıq bağlanmış 50-yə yaxın hotel saydıq. Ancaq buna baxmayaraq, hamımız başa düşürük ki, əgər ölkəyə qonaqlar və turistlər gəlmirsə, deməli, hotellərin fəaliyyət göstərməsi mənasızdır", - deyə Dübəndi bildirib.O hesab edir ki, indi vəziyyət müəyyən ümidlər verir. İlk növbədə regional hotellər canlanıb. Karantin məhdudiyyətləri və aviauçuşların baha olması səbəbindən yerli sakinlər öz bölgələrində istirahət etməyə üstünlük verirlər. Ancaq indi ən çox şəhər biznes subyektləri əziyyət çəkir. Və burada əminliklə deyə bilərik ki, böyük müəssisələr, kiçik və orta biznes nümayəndələri, hətta mikrobizneslər də əziyyət çəkirlər.Biznesin yaradıcı yollarıDigər tərəfdən, pandemiyanın bütün dövrü ərzində hökumət dəfələrlə yerli biznesi dəstəkləmək üçün kömək kimi subsidiyalar ayırıb. Bu onun cari xərclərini ödəməsi üçün edilib. Söhbət 60 milyon manatdan gedirdi. 2019-cu ildə sənayenin dövriyyəsini müqayisə etsək, turizm sahəsinə vurduğu itkilərlə müqayisə olunmur. Bir il əvvəl Azərbaycanın turizm və qonaqpərvərlik sektoru 2 milyard manata yaxın gəlir əldə edib.Dübəndi bildirib ki, ildə iki milyard manat dövriyyəsi olan sənayeni 60 milyona dəstəkləmək real deyil. Axı pul hamıya verilməyib. Pandemiya xüsusilə "qara mühasibatlığı" olan sahibkarlara ağır zərbə vurub. İşini düzgün aparanlara - əmək müqaviləsi bağlayanlara, vergi ödəyənlərə dövlət dəstəyi göstərilib.Bu, kimisə mədəni şəkildə biznesi aparmağa başlamağı düşünməyə vadar edib. Dövlət startaplar üçün qrantlar və müxtəlif müsabiqələr şəklində dəstək verməkdə davam edir.Ekoturizmin inkişaf etdirilməsiEkspert əmindir ki, Azərbaycan xarici turistləri yalnız bazarı diversifikasiya etməklə geri qaytara bilər. Artıq üzərində işlənən yeni məhsullar hazırlanmalıdır."Biz Azərbaycan Ekoturizm Assosiasiyası olaraq ekoloji istiqamətin, kənd, qastronomiya turizminin, aqroturizmin inkişafına üstünlük veririk. Düşünürəm ki, indi bütün diqqəti bu istiqamətlərə yönəltməyin, Azərbaycanı bir daha dünyaya turizm ölkəsi kimi göstərməyin vaxtı çatıb. Ölkə irimiqyaslı tədbirlər keçirməkdən əlavə, həm də öz təbii resursları, tarixi-mədəni sərvətləri və irsi ilə öyünə bilər", - deyə Dübəndi qeyd edib.Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktını nəzərə alsaq, zəngin turizm potensialına malik olan yeni rayonlar da turizm biznesi sisteminə daxil ediləcək.Yeni turizm marşrutlarıAzərbaycan dini turizm mərkəzinə çevrilə bilər. Respublika İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlıq edərək Şərq mədəniyyətinə maraq göstərən avropalı turistləri cəlb etmək niyyətindədir. Gələcək turizm marşrutu əsasən Azərbaycan, İran və Türkiyəyə təsir edəcək və Mövlana Cəlaləddin Məhəmməd Ruminin irsini nümayiş etdirəcək. Məlumdur ki, bir çox ölkələrdə Ruminin davamçıları var. Azərbaycanda da sufizmlə bağlı dini abidələrə rast gəlmək olar.Təşkilatçılar turistlərin birbaşa üç ölkəyə səfər etməsinə imkan verəcək xüsusi turizm marşrutu yaratmaq barədə düşünürlər. İlkin olaraq, Azərbaycan da öz növbəsində marşruta Şamaxı və Gəncə şəhərlərinin daxil edilməsini təklif edir. Hələlik yeni turizm məhsulu fikir olaraq qalır."Əli və Nino", "Qafqaz Albaniyası" və "Şərab marşrutu" marşrutlarının Qarabağa qədər uzadılması məsələsi də gündəmdədir. Kəlbəcərdə yerləşən kilsələrin Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə dediyi kimi qədim Qafqaz Albaniyası dövlətinə aid olması heç kimə sirr deyil.Paralel olaraq Gürcüstan tərəfi ilə birgə aparılan "Əli və Nino" turizm marşrutu yekunlaşdırılacaq və Qarabağa qədər uzanacaq. Marşrut təkcə postsovet məkanında deyil, həm də Avropada belə məşhur olan eyniadlı əsərdə təsvir olunan yerlərdə salınmalıdır.Əsərin baş qəhrəmanı Əli Xan Şirvanşirin adı Şuşa şəhəri ilə bağlıdır, ona görə də tur marşrutuna Şuşa şəhərinin, Cıdır düzünün, xanlıq dövrünə aid abidələrin və digər görməli yerlərin daxil edilməsi nəzərdə tutulur.Azərbaycanda hazırlanmış şərabçılıq marşrutu çərçivəsində turistlər işğaldan azad edilmiş torpaqlara da gələ biləcəklər. Yerli infrastrukturun tam bərpasından sonra yerli və xarici turistlərin tezliklə səyahət edə biləcəyi hər üç istiqamətin təqdimatı keçiriləcək.Ən məşhur şərab marşrutlarından biri Bakıdan başlayır, şimal-qərb dəhlizi ilə İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Gəncə, Şəmkirdən keçərək Göygölə çatır. Səfər çərçivəsində turistlər şərab zavodlarının fəaliyyəti ilə tanış olmağa, yerli şərab növlərini dadmağa, Azərbaycan şərabçılığının tarixi ilə tanış olmağa və hətta Qarabağ üzümünün qədim sortunun - Xindoqnının dadına da baxmağı təklif ediləcək.Bu, Azərbaycanın öz müştərilərinə təklif edə biləcəyi şeylərin yalnız kiçik bir hissəsidir. Turizm şirkətləri turistləri Xəzər dənizi sahilində istirahəti tövsiyə etməyə və ya dağ-xizək kurortlarında qış tətilini bron etməyə hazırdırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42244/57/422445745_74:0:1847:1330_1920x0_80_0_0_6d5e68e6c48060b0c634089c3cc2290f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
turizm, qarabağ, xəzər dənizi
turizm, qarabağ, xəzər dənizi
Azərbaycanın turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdır
Pandemiya zamanı yalnız Bakının mərkəzində 50 hotel fəaliyyətini dayandırıb. Dünyada turizm biznesinə qoyulan məhdudiyyətlər Azərbaycanda milyardlarla itkilərə səbəb olub.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın turizm sahəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən 2 milyard manat itirib. Bu barədə Sputnik Azərbaycan-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi məlumat verib.
2020-ci il dünya turizmi tarixində ən ağır il olub: bu müddət ərzində əvvəlki illə müqayisədə 74% daha az səyahət edilib ki, bu da ümumdünya miqyaslı itkilərə səbəb olub.
Azərbaycan da istisna deyil - ölkə hələ də maliyyə itkiləri ilə üzləşməkdə davam edir. Proqnozlar vəziyyətin yalnız 2024-cü ilə qədər aydınlaşacağını vəd edir, belə ki, qarşıda turizm sahəsində qeyri-müəyyən perspektivlərlə hələ iki il var.
"Ümid edirəm ki, Madriddə Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyası çərçivəsində keçiriləcək tədbirlərdə bu vəziyyətdən çıxmaq üçün prioritetlər qoyulacaq", - deyə Dübəndi vurğulayıb.
UNWTO-nun baş katibi Zurab Pololikaşvili əmindir ki, dünya turizmi, yəqin ki, 2023-cü ildən yeni koronavirus pandemiyasından əvvəlki göstəricilərə qayıda biləcək.
"UNWTO-nun ekspertlər qrupu təxirə salınmış səyahət tələbi ilə əlaqədar 2022-ci ilin ikinci və üçüncü rüblərində müsbət yüksəliş proqnozlaşdırır. Hazırda Cənubi Avropa, Mərkəzi Amerika və Karib hövzəsi regionlarında kiçik bir bərpanı müşahidə edirik", - deyə Pololikaşvili qeyd edib.
Pandemiyanın turizmə təsiri
Bu gün restoran və hotel biznesi sahibləri bacardıqları qədər əllərindən gələni edirlər. Bəzi restoratorlar çatdırılma, sifariş xidmətləri ilə məşğul olmağa başlayaraq öz bizneslərində dəyişikliklər ediblər. Bu təcrübə ölkədəki restoranlar faktiki olaraq bağlandıqda, lokdaun zamanı öz bəhrəsini verdi.
"Kimisi yeni reallıqlara uyğunlaşa bildi, kimisində alınmadı, kimisi boş qaldı, müəyyən obyektlər bağlandı. Pandemiyanın ilk altı ayında, 2020-ci ilin əvvəlində yalnız Bakının mərkəzində, restoran biznesindən fərqli olaraq fəaliyyətləri qadağan olunmasa da, artıq bağlanmış 50-yə yaxın hotel saydıq. Ancaq buna baxmayaraq, hamımız başa düşürük ki, əgər ölkəyə qonaqlar və turistlər gəlmirsə, deməli, hotellərin fəaliyyət göstərməsi mənasızdır", - deyə Dübəndi bildirib.
O hesab edir ki, indi vəziyyət müəyyən ümidlər verir. İlk növbədə regional hotellər canlanıb. Karantin məhdudiyyətləri və aviauçuşların baha olması səbəbindən yerli sakinlər öz bölgələrində istirahət etməyə üstünlük verirlər. Ancaq indi ən çox şəhər biznes subyektləri əziyyət çəkir. Və burada əminliklə deyə bilərik ki, böyük müəssisələr, kiçik və orta biznes nümayəndələri, hətta mikrobizneslər də əziyyət çəkirlər.
Biznesin yaradıcı yolları
Digər tərəfdən, pandemiyanın bütün dövrü ərzində hökumət dəfələrlə yerli biznesi dəstəkləmək üçün kömək kimi subsidiyalar ayırıb. Bu onun cari xərclərini ödəməsi üçün edilib. Söhbət 60 milyon manatdan gedirdi. 2019-cu ildə sənayenin dövriyyəsini müqayisə etsək, turizm sahəsinə vurduğu itkilərlə müqayisə olunmur. Bir il əvvəl Azərbaycanın turizm və qonaqpərvərlik sektoru 2 milyard manata yaxın gəlir əldə edib.
Dübəndi bildirib ki, ildə iki milyard manat dövriyyəsi olan sənayeni 60 milyona dəstəkləmək real deyil. Axı pul hamıya verilməyib. Pandemiya xüsusilə "qara mühasibatlığı" olan sahibkarlara ağır zərbə vurub. İşini düzgün aparanlara - əmək müqaviləsi bağlayanlara, vergi ödəyənlərə dövlət dəstəyi göstərilib.
Bu, kimisə mədəni şəkildə biznesi aparmağa başlamağı düşünməyə vadar edib. Dövlət startaplar üçün qrantlar və müxtəlif müsabiqələr şəklində dəstək verməkdə davam edir.
Ekoturizmin inkişaf etdirilməsi
Ekspert əmindir ki, Azərbaycan xarici turistləri yalnız bazarı diversifikasiya etməklə geri qaytara bilər. Artıq üzərində işlənən yeni məhsullar hazırlanmalıdır.
"Biz Azərbaycan Ekoturizm Assosiasiyası olaraq ekoloji istiqamətin, kənd, qastronomiya turizminin, aqroturizmin inkişafına üstünlük veririk. Düşünürəm ki, indi bütün diqqəti bu istiqamətlərə yönəltməyin, Azərbaycanı bir daha dünyaya turizm ölkəsi kimi göstərməyin vaxtı çatıb. Ölkə irimiqyaslı tədbirlər keçirməkdən əlavə, həm də öz təbii resursları, tarixi-mədəni sərvətləri və irsi ilə öyünə bilər", - deyə Dübəndi qeyd edib.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktını nəzərə alsaq, zəngin turizm potensialına malik olan yeni rayonlar da turizm biznesi sisteminə daxil ediləcək.
Azərbaycan dini turizm mərkəzinə çevrilə bilər. Respublika İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlıq edərək Şərq mədəniyyətinə maraq göstərən avropalı turistləri cəlb etmək niyyətindədir. Gələcək turizm marşrutu əsasən Azərbaycan, İran və Türkiyəyə təsir edəcək və Mövlana Cəlaləddin Məhəmməd Ruminin irsini nümayiş etdirəcək. Məlumdur ki, bir çox ölkələrdə Ruminin davamçıları var. Azərbaycanda da sufizmlə bağlı dini abidələrə rast gəlmək olar.
Təşkilatçılar turistlərin birbaşa üç ölkəyə səfər etməsinə imkan verəcək xüsusi turizm marşrutu yaratmaq barədə düşünürlər. İlkin olaraq, Azərbaycan da öz növbəsində marşruta Şamaxı və Gəncə şəhərlərinin daxil edilməsini təklif edir. Hələlik yeni turizm məhsulu fikir olaraq qalır.
"Əli və Nino", "Qafqaz Albaniyası" və "Şərab marşrutu" marşrutlarının Qarabağa qədər uzadılması məsələsi də gündəmdədir. Kəlbəcərdə yerləşən kilsələrin Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə dediyi kimi qədim Qafqaz Albaniyası dövlətinə aid olması heç kimə sirr deyil.
Paralel olaraq Gürcüstan tərəfi ilə birgə aparılan "Əli və Nino" turizm marşrutu yekunlaşdırılacaq və Qarabağa qədər uzanacaq. Marşrut təkcə postsovet məkanında deyil, həm də Avropada belə məşhur olan eyniadlı əsərdə təsvir olunan yerlərdə salınmalıdır.
Əsərin baş qəhrəmanı Əli Xan Şirvanşirin adı Şuşa şəhəri ilə bağlıdır, ona görə də tur marşrutuna Şuşa şəhərinin, Cıdır düzünün, xanlıq dövrünə aid abidələrin və digər görməli yerlərin daxil edilməsi nəzərdə tutulur.
Azərbaycanda hazırlanmış şərabçılıq marşrutu çərçivəsində turistlər işğaldan azad edilmiş torpaqlara da gələ biləcəklər. Yerli infrastrukturun tam bərpasından sonra yerli və xarici turistlərin tezliklə səyahət edə biləcəyi hər üç istiqamətin təqdimatı keçiriləcək.
Ən məşhur şərab marşrutlarından biri Bakıdan başlayır, şimal-qərb dəhlizi ilə İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Gəncə, Şəmkirdən keçərək Göygölə çatır. Səfər çərçivəsində turistlər şərab zavodlarının fəaliyyəti ilə tanış olmağa, yerli şərab növlərini dadmağa, Azərbaycan şərabçılığının tarixi ilə tanış olmağa və hətta Qarabağ üzümünün qədim sortunun - Xindoqnının dadına da baxmağı təklif ediləcək.
Bu, Azərbaycanın öz müştərilərinə təklif edə biləcəyi şeylərin yalnız kiçik bir hissəsidir. Turizm şirkətləri turistləri Xəzər dənizi sahilində istirahəti tövsiyə etməyə və ya dağ-xizək kurortlarında qış tətilini bron etməyə hazırdırlar.