Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Paytaxtdakı məktəbdə əyani dərslər bərpa edilib

© Sputnik / Murad OrujovBakıda məktəb
Bakıda məktəb - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Abunə olmaq
Qeyd edək ki, bundan öncə paytaxtdakı karantində olan Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.
BAKI, 13 dekabr — Sputnik. Paytaxtdakı 202 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Qeyd edək ki, bundan öncə paytaxtdakı karantində olan Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.
Xatırladaq ki, ölkədə sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Eləcə də oxuyun:
* İki yüz şagird nazirlikdən qərar gözləyir: hər anları təhlükədir
* Ağsuda məktəb koronavirusa görə bağlanıb
* Bakı məktəblərində koronavirusla bağlı vəziyyət: "Problem daha yaxşı istiqamətə yönəlib"
Xəbər lenti
0