Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakı məktəblərində koronavirusla bağlı vəziyyət: "Problem daha yaxşı istiqamətə yönəlib"

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
İdarə müdiri bildirib ki, harada ciddi problem varsa, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin yerdə ya məktəb, ya da sinif distant təhsilə keçir.
BAKI, 25 noyabr — Sputnik. "Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məsələ lokal şəkildə həll olunur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
İdarə müdiri bildirib ki, harada ciddi problem varsa, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin yerdə ya məktəb, ya da sinif distant təhsilə keçir: "14 gündən, yəni karantin rejimi bitəndən sonra yenidən əyani tədrisə qaytarılır. Bir faktı xüsusi qeyd edim ki, problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib".
M.Vəliyeva bəzi məktəblərdə idman zalları kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib: "Mövcud problemlərin həlli proqramlaşdırılmış və təhlil olunmuş şəkildə həyata keçirilir. Növbəli şəkildə məktəblərin təmiri, infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər aparılır".
Eləcə də oxuyun:
* Məktəblərdə durum: ajiotaj yoxdur, amma üşüyən var
* Bakıda 4 min manata görə şagirdlər soyuqdan donurlar
* Koronavirusa görə bağlanan iki məktəbdə əyani dərslər bərpa olundu
Xəbər lenti
0