Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İki yüz şagird nazirlikdən qərar gözləyir: hər anları təhlükədir

© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Abunə olmaq
Əvvəllər yataqxana, indi isə məktəb olan bina hər an uça bilər.
BAKI, 12 dekabr — Sputnik. Tovuzun Qovlar şəhərində yerləşən 2 saylı tam orta məktəb qəzalı vəziyyətdədir. İllərdir ki, bu məktəb binasında təhsil alan şagirdlər hər gün təhlükə ilə üz-üzə qalırlar.
Sakinlərin sözlərinə görə, bina ötən əsrin 80-ci illərində yaşayış üçün inşa edilib. Sonradan Qovlar şəhərinin Nizami küçəsinin sakinlərinə məktəb binası kimi istifadəyə verilib. Hazırda təhsil ocağı kimi fəaliyyətini davam etdirən tikilinin mövcud halı valideynləri narahat edir. Onlar təhsil almağa yolladıqları övladlarının həyatları üçün hər an təhlükə olduğunu deyirlər. Sakin Mais Qasımov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində binada müəyyən vaxtlarda cari təmir işləri görülsə də, bunun tikilini qəza vəziyyətindən xilas edə bilmədiyini söyləyib.
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
"Vəziyyət göz qabağındadır. Məktəb bərbad vəziyyətdədir. Mənim qızım 9-cu sinifdə oxuyur. Hər gün qorxa-qorxa göndərirəm. Hamımız istəyirik ki, məktəb tikilsin, bizim də övladlarımız yaxşı şəraiti olan binada oxusunlar”, - M.Qasımov bildirib.
© Sputnik / Ilham MustafayevHazırda məktəbin 13 sinifində tədris davam edir
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Hazırda məktəbin 13 sinifində tədris davam edir
Digər sakin Kamran Ələkbərov isə binanın istismar müddətinin çoxdan başa vurduğunu söyləyib:
© Sputnik / Ilham MustafayevKamran Ələkbərov
Kamran Ələkbərov - Sputnik Azərbaycan
1/3
Kamran Ələkbərov
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Mais Qasımov - Sputnik Azərbaycan
2/3
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan
3/3
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
1/3
Kamran Ələkbərov
2/3
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
3/3
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
“Sovet dövründən qalan binadır. Heç məktəb təməli ilə də tikilməyib. Yataqxananı sonra məktəbə çevirdilər. Belə bərbad məktəbdənsə modul tipli məktəb quraşdırardılar. Uşalarımızı məktəbə göndərəndə narahat qalmazdıq ki, nəsə baş verər birdən”, - deyən sakin narahatlığını ifadə edib.
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Məktəb direktoru Elmira Tağıyeva isə tikilinin yenilənməsinin bütün məktəb kollektivinin arzusu olduğunu deyib.
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
"Səbrlə gözləyirik ki, bizim məktəbə də növbə çatar. Çalışırıq şagirdləri təhlükəli siniflərə buraxmayaq. Qovlar şəhər 2 saylı məktəbin mövcud vəziyyəti ilə bağlı rayon təhsil şöbəsinə məllumat verilib. Yəin ki, bir gün bizim məktəb də yenilənər", - deyə direktor vəziyyət haqda məlumat verib.
Tovuz RTŞ-nin rəsmisi Fikrət Tağıyev qəzalı məktəblərlə bağlı siyahı tərtib edildiyini və bu istiqamətdə lazımi yerlərə məlumatlar verildiyini bildirib.
© Sputnik / Ilham MustafayevTovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
Tovuzun Qovlar şəhərində  yerləşən qəzalı məktəb  - Sputnik Azərbaycan, 1920, 12.12.2021
Tovuzun Qovlar şəhərində yerləşən qəzalı məktəb
"Məktəbdə mütəxəssislər tərəfindən xüsusi müayinələr aparılıb, məktəbin qəzalı vəziyyətdə olduğu təsdiqlənərək tərəfimizdən lazımi məlumatlar Tovuz rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə ötürülüb. Güman edirik ki, bu yaxınlarda məktəbin binasının yeni tikintisi ilə bağlı lazımi işlər görüləcək", - T.Tağıyev deyib.
Qeyd edək ki, hazırda məktəbin 13 sinifində tədris davam edir və bu təhsil ocağında 220 şagird təhsil alır.
Eləcə də oxuyun:
* Qubada məktəb binası külə dönüb
* Bakıda qəzalı məktəb bağlandı, şagirdləri bölüşdürüldü
* Bərdədə şagirdlər dəhşət yaşadılar: "Bina hissə-hissə uçurdu..."
Xəbər lenti
0