Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ağsuda məktəb koronavirusa görə bağlanıb

© Sputnik / Murad OrujovMəktəbdə şagird əllərini dezinfeksiya edir, arxiv şəkli
Məktəbdə şagird əllərini dezinfeksiya edir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi məktəbin kollektivinə və valideynlərə xəbərdarlıq edib.
BAKI, 10 dekabr — Sputnik. Ağsuda müəllim və şagirdlərdə COVID-19 aşkarlanması səbəbindən məktəb distant təhsilə keçib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosuna Ağsu Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Məlumatda bildirlib ki, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbində Ağsu rayon Mərkəzin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
COVID-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə məktəb dərhal bağlanılaraq distant təhsilə keçirilib.
Eyni zamanda məktəbin bütün sinif otaqları, kollektivinin təmas edəcəyi bütün yerlər təcili olaraq mərkəzin əməkdaşları tərəfindən dezinfeksiya olunub.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi məktəbin kollektivinə və valideynlərə xəbərdarlıq edib. Koronavirus aşkarlanan şagird və müəllimlərin ailə üzvlərindən, onlarla yaxın təmasda olan şəxslərdən COVID-19 testi üçün yaxma analizləri götürülüb.
Hazırda məktəbdə zəruri işlər davam etdirilir.
Eləcə də oxuyun:
Bakı məktəblərində koronavirusla bağlı vəziyyət: "Problem daha yaxşı istiqamətə yönəlib"
Xəbər lenti
0