https://sputnik.az/20211213/milli-meclis-rezonans-doguran-yeni-qanun-layihesini-muzakire-edecek-437195650.html
Milli Məclis rezonans doğuran yeni qanun layihəsini müzakirə edəcək
Milli Məclis rezonans doğuran yeni qanun layihəsini müzakirə edəcək
Sputnik Azərbaycan
Bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi... 13.12.2021, Sputnik Azərbaycan
2021-12-13T10:28+0400
2021-12-13T10:28+0400
2021-12-13T10:28+0400
cəmiyyət
jurnalist
müzakirə
milli məclis
media
xəbər
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426485590_0:131:1280:851_1920x0_80_0_0_ed8df453fb04785d8f65b64842160c52.jpg
BAKI, 13 dekabr — Sputnik. Sabah Milli Məclisin plenar iclasında "Media haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.Sputnik Azərbaycan-ın məlumatına görə, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.Qanun layihəsinin 1-ci maddəsində (əsas anlayışlar) jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.Bu qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.Bu qanunun müddəaları aşağıdakılara şamil edilmir:Media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya; kütləvi informasiyanın yayılması istisna olmaqla informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).Media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənir.Eləcə də oxuyun:* Jurnalistlər vəsiqəyə görə pul ödəyəcəklər* Əli Hüseynli: “Media haqqında” qanun Azərbaycan mətbuatının inkişafına töhfəsini verəcək* Media reyestrinə daxil edilmiş jurnalistlər hansı hallarda reyestrdən çıxarılacaq?* Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilirDəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi* Xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426485590_90:0:1225:851_1920x0_80_0_0_2e0bea01ff8bc39128c2e6db948f813c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
jurnalist, müzakirə, milli məclis, media, xəbər
jurnalist, müzakirə, milli məclis, media, xəbər
Milli Məclis rezonans doğuran yeni qanun layihəsini müzakirə edəcək
Bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
BAKI, 13 dekabr — Sputnik. Sabah Milli Məclisin plenar iclasında "Media haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Qanun layihəsinin 1-ci maddəsində (əsas anlayışlar) jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.
Bu qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Bu qanunun müddəaları aşağıdakılara şamil edilmir:
Media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya; kütləvi informasiyanın yayılması istisna olmaqla informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).
Media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənir.
Dəyişikliklər
büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi