CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq

© Sputnik / Murad OrujovПресс-конференция в Мультимедийном пресс-центре Sputnik Азербайджан на тему "азербайджано-российское торгово-экономическое сотрудничество"
Пресс-конференция в Мультимедийном пресс-центре Sputnik Азербайджан на  тему азербайджано-российское торгово-экономическое сотрудничество - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
“Media haqqında” yeni qanun layihəsinə görə, müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.
BAKI, 10 dekabr — Sputnik. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, onların bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Media haqqında” qanun layihəsində bildirilib.
Qanun layihəsində qeyd olunur ki, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.
Qeyd edək ki, dekabrın 10-da Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
İclasın gündəliyinə bir məsələ daxil edilib. Deputatlar və media qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda "Media haqqında" qanun layihəsi müzakirə olunur.
"Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Həmçinin oxuyun:
Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilir
Hərbi və fövqəladə vəziyyət dövründə jurnalistlərin fəaliyyəti müəyyən edilir
Xəbər lenti
0