https://sputnik.az/20211210/jurnalistler-vesiqeye-gore-pul-odeyecekler-437147872.html
Jurnalistlər vəsiqəyə görə pul ödəyəcəklər
Jurnalistlər vəsiqəyə görə pul ödəyəcəklər
Sputnik Azərbaycan
Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə... 10.12.2021, Sputnik Azərbaycan
2021-12-10T16:43+0400
2021-12-10T16:43+0400
2021-12-10T16:43+0400
media
cəmiyyət
jurnalist
layihə
qanun
vəsiqə
pul
reyestr
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505446_0:164:3056:1883_1920x0_80_0_0_b195b5e414239a1e52fabfaabba79bd4.jpg
BAKI, 10 dekabr — Sputnik. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 il olacaq. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.Qeyd edək ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəklər.Eləcə də oxuyun:* Əli Hüseynli: “Media haqqında” qanun Azərbaycan mətbuatının inkişafına töhfəsini verəcək* Media reyestrinə daxil edilmiş jurnalistlər hansı hallarda reyestrdən çıxarılacaq?* Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilirDəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi* Xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505446_164:0:2893:2047_1920x0_80_0_0_769e357e00f390cd34dee8d7cf2db9ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
media, jurnalist, layihə, qanun, vəsiqə, pul, reyestr
media, jurnalist, layihə, qanun, vəsiqə, pul, reyestr
Jurnalistlər vəsiqəyə görə pul ödəyəcəklər
Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.
BAKI, 10 dekabr — Sputnik. Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 il olacaq. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.
Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhv edilməsi üçün təqdim etməlidir.
Qeyd edək ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəklər.
Dəyişikliklər
büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi