https://sputnik.az/20211213/lham-eliyevi-brusselde-avropadaki-azerbaycanlilar-qarsilayiblar-437225192.html
İlham Əliyev Belçikaya işgüzar səfərə gedib
İlham Əliyev Belçikaya işgüzar səfərə gedib
Sputnik Azərbaycan
Əllərində ingilis, fransız və digər dillərdə müxtəlif plakatlar tutmuş azərbaycanlılar Prezident İlham Əliyevə dəstək şüarları səsləndiriblər. 13.12.2021, Sputnik Azərbaycan
2021-12-13T22:18+0400
2021-12-13T22:18+0400
2021-12-13T22:18+0400
siyasət
görüş
səfər
avropa ittifaqı
prezident ilham əliyev
brüssel
https://cdnn1.img.sputnik.az/img/41620/48/416204808_0:0:1947:1095_1920x0_80_0_0_f8e1deeb65e08ea25284b8534369f85f.jpg
BAKI, 13 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki,, Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.Qeyd edək ki, Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel dekabrın 14-ü Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşlər keçirəcəkBunu Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin adı çəkilməyən yüksəkvəzifəli nümayəndəsi bildirib."Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək", - deyə nümayəndə bildirib.Diplomatın sözlərinə görə, qarşıdakı görüşün məqsədi bu iki ölkə ilə birbaşa təmas qurmağa və münasibətləri yaxşılaşdırmağa kömək etməkdir:"Biz bir neçə həftə əvvəl iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa əlaqənin çox uğurlu olmasına əsaslanaraq Ermənistan və Azərbaycan arasında inam səviyyəsini artırmaq üçün onlarla səylə çalışırıq".Üçtərəfli görüşün yekunları üzrə birgə bəyanat ictimaiyyətə təqdim olunacaq.Həmçinin oxuyun:Rusiya Soçi görüşünün vacibliyini dünyaya göstərmək istəyirSoçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmalƏrdoğan Soçi görüşü barədə: Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək
https://sputnik.az/20211203/putin-ve-erdogan-telefonla-danisdi-gundelikde-cenubi-qafqaz-da-olub-436941044.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41620/48/416204808_95:0:1818:1292_1920x0_80_0_0_de6aca8365882b9a7bd2171e1f1fcf6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, səfər, avropa ittifaqı, prezident ilham əliyev, brüssel
görüş, səfər, avropa ittifaqı, prezident ilham əliyev, brüssel
İlham Əliyev Belçikaya işgüzar səfərə gedib
Əllərində ingilis, fransız və digər dillərdə müxtəlif plakatlar tutmuş azərbaycanlılar Prezident İlham Əliyevə dəstək şüarları səsləndiriblər.
BAKI, 13 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki,, Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel dekabrın 14-ü Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşlər keçirəcəkBunu Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin adı çəkilməyən yüksəkvəzifəli nümayəndəsi bildirib.
"Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək", - deyə nümayəndə bildirib.
Diplomatın sözlərinə görə, qarşıdakı görüşün məqsədi bu iki ölkə ilə birbaşa təmas qurmağa və münasibətləri yaxşılaşdırmağa kömək etməkdir:
"Biz bir neçə həftə əvvəl iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa əlaqənin çox uğurlu olmasına əsaslanaraq Ermənistan və Azərbaycan arasında inam səviyyəsini artırmaq üçün onlarla səylə çalışırıq".
Üçtərəfli görüşün yekunları üzrə birgə bəyanat ictimaiyyətə təqdim olunacaq.