SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Soçi görüşü barədə: Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək

© AP Photo / Francisco SecoTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Abunə olmaq
Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq.
BAKI, 29 noyabr — Sputnik. Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mənə görüşün çox yaxşı və məhsuldar keçdiyini bildirdi.
Sputnik Azərbaycan "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
"Cümə günü qardaşım İlham Əliyevin də Rusiyada görüşü var idi. Paşinyanla cənab Putinin sədrliyi ilə orada bir toplantı həyata keçirdilər. Qardaşım İlham Əliyevlə həyata keçirdiyim görüşdə bu toplantının yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantının vəsiləsi ilə hazırda Araz çayı boyunda dəmiryolu, avtomobil yolunun çəkilməsi məsələsi də öz həllini tapdı. Bu atılacaq addımla bərabər Iğdıra qədər də magistral yolun çəkilməsi məsələsi var.
Magistral yolun çəkilməsi ilə Naxçıvan problemi həll ediləcək, digər tərəfdən isə Ermənistan torpaqlarından keçməklə Azərbaycanın Iğdır ilə əlaqəsinin qurulması çox uğurlu addım olacaq. Bundan başqa, istər avtomobil yolu, istərsə də dəmir yolu ilə insan və yük daşımalarında mühüm addım atılacaq", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, noyabrın 26-da Soçidə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında keçirilmiş görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.
Xəbər lenti
0