https://sputnik.az/20211203/putin-ve-erdogan-telefonla-danisdi-gundelikde-cenubi-qafqaz-da-olub-436941044.html
Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblər
Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblər
Sputnik Azərbaycan
Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edib, atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə... 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T21:15+0400
2021-12-03T21:15+0400
2021-12-04T09:55+0400
rusiya
ukrayna
suriya
liviya
cənubi qafqaz
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433642778_0:0:3077:1731_1920x0_80_0_0_03a158c0e55e13a5d02e5901999773ea.jpg
BAKI, 3 dekabr - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Kremlin yaydığı məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin Rəcəb Tayyib Ərdoğana Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə 9 noyabr 2020-ci il Bəyanatının imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib."Danışıqların gedişatında Bakı və Yerevanın regionda sabitliyin təmin edilməsi kontekstində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsinin önəmi vurğulanıb", - Kremlin xəbərində deyilir. Burada həmçinin qeyd olunur ki, liderlər arasında ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib. ***Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Liviya, Suriya, Ukrayna, Zaqafqaziyadakı vəziyyəti müzakirə edib.Sputnik Azərbaycan-ın məlumatına görə, NTV Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən bu xəbəri yayıb. "Bu gün Türkiyə və Rusiya liderləri arasında telefon danışığı olub. Tərəflər Suriya, Liviya, Ukraynadakı hadisələrin inkişafı, eləcə də Qafqazdakı vəziyyəti müzakirə ediblər. Ərdoğan və Putin həmçinin ölkələr arasında ikitərəfli münasibətləri və əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımları dəyərləndiriblər”, - telekanal bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 1-də Putinlə Ərdoğanın telefon danışığına hazırlıqların getdiyini bildirmişdi. Həmçinin oxuyun: Putinlə Ərdoğan arasında telefon danışığı hazırlanır - PeskovVladimir Putin: "Ərdoğan haqlı idi"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433642778_0:0:2729:2047_1920x0_80_0_0_06e952bd3f42b939ff09fc330e03e809.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, suriya, liviya, cənubi qafqaz, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
ukrayna, suriya, liviya, cənubi qafqaz, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblər
21:15 03.12.2021 (Yenilənib: 09:55 04.12.2021) Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edib, atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
BAKI, 3 dekabr - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin yaydığı məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin Rəcəb Tayyib Ərdoğana Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə 9 noyabr 2020-ci il Bəyanatının imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
"Danışıqların gedişatında Bakı və Yerevanın regionda sabitliyin təmin edilməsi kontekstində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsinin önəmi vurğulanıb", - Kremlin xəbərində deyilir.
Burada həmçinin qeyd olunur ki, liderlər arasında ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Liviya, Suriya, Ukrayna, Zaqafqaziyadakı vəziyyəti müzakirə edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, NTV Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən bu xəbəri yayıb.
"Bu gün Türkiyə və Rusiya liderləri arasında telefon danışığı olub. Tərəflər Suriya, Liviya, Ukraynadakı hadisələrin inkişafı, eləcə də Qafqazdakı vəziyyəti müzakirə ediblər. Ərdoğan və Putin həmçinin ölkələr arasında ikitərəfli münasibətləri və əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımları dəyərləndiriblər”, - telekanal bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 1-də Putinlə Ərdoğanın telefon danışığına hazırlıqların getdiyini bildirmişdi.