Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın Konfrans Liqasının arxada qalan hissəsindəki qazancı bəlli olub

© Photo : Facebook / Qarabağ FK"Qarabağ"ın oyunu zamanı
Qarabağın oyunu zamanı - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
İştirak haqqı olaraq klubun qazancı 3,3 milyon avro təşkil edib. Təsnifat mərhələlərinin hərəsi üçün 100 min qazanan "Qarabağ" qrupda oynadığı üçün 3 milyon əldə edib.
BAKI, 10 dekabr — Sputnik. "Qarabağ"ın Konfrans Liqasının arxada qalan hissəsindəki qazancı bəlli olub.
Sputnik Azərbaycan Apasport.az saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 6 milyon 391 min 500 avro əldə edib. Bu, 12 milyon 274 min 875 manat 75 qəpiyə bərabərdir. Azərbaycan vitse-çempionu bu vəsaiti 4 yolla qazanıb.
İştirak haqqı olaraq klubun qazancı 3,3 milyon avro təşkil edib. Təsnifat mərhələlərinin hərəsi üçün 100 min qazanan "Qarabağ" qrupda oynadığı üçün 3 milyon əldə edib.
Oyunların nəticələrindən gələn vəsait 1 milyon 832 minə bərabərdir. Qrupdakı üç qələbənin hərəsi 500, iki heç-heçənin hərəsi 166 min mükafat gətirib.
Qrupda ikinci yer tutmaq da əlavə xeyir verib. Buna görə "Qarabağ" 325 min alacaq.
Son 10 ilin reytinqinə görə Konfrans Liqasında 12-ci olmaq da klubun büdcəsinə təsir edəcək. Bu mövqeyə görə UEFA 934 min 500 avro ödəyəcək.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri İsveçrədə "Bazel"in qonağı olub. İlk iki yerdən birini öncədən təmin edən Ağdam klubu qrup qalibi olmaq üçün meydana çıxıb.
Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb. Artıq 1-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra müdafiəçi topu qapının içindən qaytarsa da, hakim təmiz qolu saymayıb. "Qarabağ"ın ardıcıl real imkanlarına baxmayaraq, hesabı ev sahibləri açıblar. Fasilədən sonra da ssenari dəyişməyib. Yenə şansları sağa-sola "xərcləyən" komandamız qapısında daha iki top görüb.
Nəticədə 0:3 hesabı ilə məğlub olan "Qarabağ" qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. "Bazel" isə 1/8 finala yüksəlib.
Eləcə də oxuyun:
* “Qarabağ”ın sonuncu oyunu şəkillərdə
* "Qarabağ" futbolçuları ilk beşliyə düşüb
* "Qarabağ" UEFA-nın konfrans liqasında ilk dəfə məğlub oldu
Xəbər lenti
0