Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Bazel"in futbolçusu "Qarabağ"la oyunda baş məşqçi ilə mübahisə edib

© REUTERS / AZIZ KARIMOVBaş məşqçi Patrik Rahmen
Baş məşqçi Patrik Rahmen - Sputnik Azərbaycan, 1920, 11.12.2021
Abunə olmaq
"Bazel"in mətbuat xidmətinin rəhbəri Saymon Uolter hadisəni təsdiqləyib. O, futbolçunun bu addımının qəbuledilməz olduğunu və məsələni klub daxilində müzakirə edəcəklərini söyləyib
BAKI, 11 dekabr — Sputnik. UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda İsveçrənin "Bazel" klubunda qalmaqal baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Sebastyano Espozito baş məşqçi Patrik Rahmenlə mübahisə edib.
Müqavilə ilə İtaliyanın "İnter" klubuna məxsus olan 19 yaşlı hücumçu 80-ci dəqiqədə meydana çıxmaq istəməyib. Nəticədə italiyalı forvard mütəxəssisin və komanda yoldaşlarının qəzəbinə tuş gəlib. Kapitan Valentin Stoker və bir neçə oyunçu Espozitonu tənqid edib.
"Bazel"in mətbuat xidmətinin rəhbəri Saymon Uolter hadisəni təsdiqləyib. O, futbolçunun bu addımının qəbuledilməz olduğunu və məsələni klub daxilində müzakirə edəcəklərini söyləyib.
Qeyd edə ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib. Zədəsini sağaldan Sebastyano Espozito 3 aydan sonra sıraya dönüb.
"Qarabağ"ın Konfrans Liqasının arxada qalan hissəsindəki qazancı bəlli olub
“Qarabağ”ın sonuncu oyunu şəkillərdə
"Qarabağ" UEFA-nın konfrans liqasında ilk dəfə məğlub oldu
Xəbər lenti
0