https://sputnik.az/20211212/ermenistanin-cinayet-mesuliyyetine-celb-edilmesini-teleb-edeceyik---azerbaycanli-nazir-437182233.html
Ermənistanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik - azərbaycanlı nazir
Ermənistanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik - azərbaycanlı nazir
Sputnik Azərbaycan
Anar Kərimov ermənilərin basdırdığı minaların monitorinqlərə əngəl törətdiyini deyib. 12.12.2021, Sputnik Azərbaycan
2021-12-12T13:06+0400
2021-12-12T13:06+0400
2021-12-12T13:06+0400
mədəniyyət
cinayət
mədəniyyət naziri
hərbi
tarixi abidələr
erməni vandalizmi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586673_0:0:3059:1722_1920x0_80_0_0_69c3780e48ff8110e3f72d736e4a3ea7.jpg
BAKI, 12 dekabr - Sputnik. "Monitorinqlərimizin nəticələri göstərir ki, işğaldan azad olunmuş ərazilərdə 95%-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir".Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, hazırda monitorinq işləri davam edir."Bildiyiniz kimi, ötən il cənab prezident İlham Əliyev tərəfindən işğaldan azad olunan ərazilərdə monitorinqlərin aparılmasına dair sərəncam imzalanıb. Nazirliyimiz tərəfindən nümayəndələrimiz həmin ərazilərə göndəriliblər. Ötən ilin noyabrından etibarən 400-dən çox tarix-mədəniyyət abidələri aşkar edilib. 150-yə yaxın yeni aşkar edilmiş abidələr var. O abidələr ki, onların adı reyestrdə yox idi. Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri aşkar edilib", - nazir söyləyib.A.Kərimov ermənilərin basdırdığı minaların monitorinqə əngəl törətdiyini deyib: Qeyd edək ki, dekabrın 6-da UNESCO-nun mətbuat xidmətindən bildirilib ki, qurum Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. "Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq", - UNESCO-dan məlumat verilib.Mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik".Eləcə də oxuyun:* Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib* İSESCO-nun Baş Konfransında Qarabağda dağıdılmış abidələrimizdən bəhs olunub* Erməni vəhşiliyinin şahidi olan pakistanlı politoloqun Qarabağ səyahəti təəssüratları* Şahbulaqdakı vəfalı çinarlar sahibinə qovuşdu* Rəsmi Bakıdan Ermənistana qarşı iddia üzrə BMT məhkəməsinin qərarına reaksiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586673_0:0:2731:2048_1920x0_80_0_0_4f0731823907ff3376c9d4173308513d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, mədəniyyət naziri, hərbi, tarixi abidələr, erməni vandalizmi
cinayət, mədəniyyət naziri, hərbi, tarixi abidələr, erməni vandalizmi
Ermənistanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik - azərbaycanlı nazir
Anar Kərimov ermənilərin basdırdığı minaların monitorinqlərə əngəl törətdiyini deyib.
BAKI, 12 dekabr - Sputnik. "Monitorinqlərimizin nəticələri göstərir ki, işğaldan azad olunmuş ərazilərdə 95%-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir".
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri
Anar Kərimov deyib. O bildirib ki, hazırda monitorinq işləri davam edir.
"Bildiyiniz kimi, ötən il cənab prezident İlham Əliyev tərəfindən işğaldan azad olunan ərazilərdə monitorinqlərin aparılmasına dair sərəncam imzalanıb. Nazirliyimiz tərəfindən nümayəndələrimiz həmin ərazilərə göndəriliblər.
Ötən ilin noyabrından etibarən 400-dən çox tarix-mədəniyyət abidələri aşkar edilib. 150-yə yaxın yeni aşkar edilmiş abidələr var. O abidələr ki, onların adı reyestrdə yox idi. Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri aşkar edilib", - nazir söyləyib.
A.Kərimov ermənilərin basdırdığı minaların monitorinqə əngəl törətdiyini deyib:
"Hələ də monitorinqlər davam edir. Çünki elə ərazilər var ki, bizim nümayəndələr gedib çıxa bilməyiblər. Burada həm mina, həm də ərazi, landşaft çətinlikləri var. Amma bu iş davam etdirilir. Təbii ki, monitorinqlər bitəndən sonra biz nəticələri beynəlxalq təşkilatlara göndərəcəyik. Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik. Dağıdılan abidələr göstərir ki, bu, hərbi cinayətdir. Bu, bəşəriyyətə qarşı cinayətdir".
Qeyd edək ki, dekabrın 6-da UNESCO-nun mətbuat xidmətindən bildirilib ki, qurum Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir.
"Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq", - UNESCO-dan məlumat verilib.
Mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik".