https://sputnik.az/20211204/ermeni-vehsiliyinin-sahidi-olan-pakistanli-politoloqun-qarabag-seyaheti-teessuratlari-436946451.html
Erməni vəhşiliyinin şahidi olan pakistanlı politoloqun Qarabağ səyahəti təəssüratları
Erməni vəhşiliyinin şahidi olan pakistanlı politoloqun Qarabağ səyahəti təəssüratları
Sputnik Azərbaycan
Gəncədə olarkən balaca Bəxtiyarla görüşüb, onunla bir xatirə fotosu çəkdirdim. Bir gün orada qaldığım müddətdə terror qurbanı olanların xatirə parkı olaraq... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T12:00+0400
2021-12-04T12:00+0400
2021-12-04T12:00+0400
pakistan
cəmiyyət
politoloq
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436630629_0:150:1600:1050_1920x0_80_0_0_3a88f51a551fb4c6790c6c795993cad3.jpg
BAKI, 4 dekabr — Sputnik. Azərbaycana 44 günlük Vətən Müharibəsində dəstək olan, mənəvi cəhətdən daim Azərbaycanın yanında olan, hər qələbə xəbərimizə sevinən dövlətlərdən biri də Pakistan oldu. Azərbaycanda yaşayan pakistanlılar da bu qələbəni böyük bir ruh yüksəkliyi ilə qeyd etdilər. Vətənimizin işğaldan azad olunan torpaqlarına səyahət etmək onların da ən böyük arzularından biridir.Azərbaycanşünas, ölkəmiz və Qarabağla bağlı çoxsaylı məqalələrin müəllifi, Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun təsisçisi, politoloq Muhammed Asif Noor da uzun illər bu torpaqlara ayaq basmağı xəyal edib. O Azərbaycana səfəri çərçivəsində Gəncədə erməni vəhşiliyinin qurbanı olan, yaralı olduğuna baxmayaraq gülümsəyən, fotosu ilə sosial şəbəkələrdə tanınan balaca Bəxtiyraı da ziyarət edib.Sputnik Azərbaycan ölkəmizə səfər edən M.A.Noor ilə görüşüb onun səfərlə bağlı təəssüratlarını öyrənib. Sonuncu səfərindən üç il sonra ölkəmizi bu dəfəki ziyarətinin əsas məqsədi isə işğaldan azad olunan torpaqlara baş çəkməkdir.Buna qədər də "Dağlıq Qarabağ problemi", erməni vəhşiliyi ilə bağlı çoxsaylı məqalələr yazan M.A.Noor bu torpaqların qısa bir zamanda erməni işğalından, vəhşiliyindən azad olunmasını arzulayırdı:"İllərlə Dağlıq Qarabağ problemi, erməni vəhşiliyindən yazan bir insan kimi Şuşaya və Qarabağın digər dilbər guşələrinə səfər etmək mənim üçün çox təsirli idi. Səfər boyu emosiyalarımı gizlədə bilmirdim, çox həyəcanlı idim. Füsunkar gözəlliyə sahib təbiətin erməni vəhşiliyindən xilas olması çox sevindiricidir".O Qarabağa səfəri çərçivəsində Cəbrayıl və Füzulidə, eyni zamanda da yeni açılan Füzuli hava limanında da olub:Politoloqu ən çox məyus edən məqamlardan biri də məscidlərlə, İslam dininə aid obyektlərin təhqir olunması ilə bağlıdır:"Ermənilər məscidləri uzun illər donuzları saxlamaq məqsədi ilə istifadə ediblər. Məscidlərin uzun illər donuzların saxlanc yeri kimi istifadəsi sadəcə vandalizmdir. İnanın, o məscidlərin içindən hələ də bu qəribə qoxu gəlir". İşğaldan azad olunan digər torpaqlarda dağıdılan abidələr onda heç də xoş olmayan bir təəssürat yaratsa da, Şuşanın füsunkar təbiəti, gözəlliyi pakistanlı qonağı özünə valeh edib:Pakistandan olan qonaq səfəri çərçivəsində Qarabağla yanaşı Gəncəyə də üz tutub:"Gəncədə olarkən balaca Bəxtiyarla görüşüb, onunla bir xatirə fotosu çəkdirdim. Bir gün orada qaldığım müddətdə terror qurbanı olanların xatirə parkı adlandırılan həmin o yaşayış binalarının dağıldığı yerlərə də baş çəkdim. Oralar insanlarla dolu idi, hər kəs gəlib bu vəhşiliyə şahid olurdu".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436630629_0:0:1600:1200_1920x0_80_0_0_fbbb8a638e7dba235ad0389507811161.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pakistan, politoloq, qarabağ
pakistan, politoloq, qarabağ
Erməni vəhşiliyinin şahidi olan pakistanlı politoloqun Qarabağ səyahəti təəssüratları
Gəncədə olarkən balaca Bəxtiyarla görüşüb, onunla bir xatirə fotosu çəkdirdim. Bir gün orada qaldığım müddətdə terror qurbanı olanların xatirə parkı olaraq adlandırılan həmin o yaşayış binalarının dağıldığı yerlərə də baş çəkdim - Politoloq
BAKI, 4 dekabr — Sputnik. Azərbaycana 44 günlük Vətən Müharibəsində dəstək olan, mənəvi cəhətdən daim Azərbaycanın yanında olan, hər qələbə xəbərimizə sevinən dövlətlərdən biri də Pakistan oldu. Azərbaycanda yaşayan pakistanlılar da bu qələbəni böyük bir ruh yüksəkliyi ilə qeyd etdilər. Vətənimizin işğaldan azad olunan torpaqlarına səyahət etmək onların da ən böyük arzularından biridir.
Azərbaycanşünas, ölkəmiz və Qarabağla bağlı çoxsaylı məqalələrin müəllifi, Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun təsisçisi, politoloq Muhammed Asif Noor da uzun illər bu torpaqlara ayaq basmağı xəyal edib. O Azərbaycana səfəri çərçivəsində Gəncədə erməni vəhşiliyinin qurbanı olan, yaralı olduğuna baxmayaraq gülümsəyən, fotosu ilə sosial şəbəkələrdə tanınan balaca Bəxtiyraı da ziyarət edib.
Sputnik Azərbaycan ölkəmizə səfər edən M.A.Noor ilə görüşüb onun səfərlə bağlı təəssüratlarını öyrənib. Sonuncu səfərindən üç il sonra ölkəmizi bu dəfəki ziyarətinin əsas məqsədi isə işğaldan azad olunan torpaqlara baş çəkməkdir.
Buna qədər də "Dağlıq Qarabağ problemi", erməni vəhşiliyi ilə bağlı çoxsaylı məqalələr yazan M.A.Noor bu torpaqların qısa bir zamanda erməni işğalından, vəhşiliyindən azad olunmasını arzulayırdı:
"İllərlə Dağlıq Qarabağ problemi, erməni vəhşiliyindən yazan bir insan kimi Şuşaya və Qarabağın digər dilbər guşələrinə səfər etmək mənim üçün çox təsirli idi. Səfər boyu emosiyalarımı gizlədə bilmirdim, çox həyəcanlı idim. Füsunkar gözəlliyə sahib təbiətin erməni vəhşiliyindən xilas olması çox sevindiricidir".
O Qarabağa səfəri çərçivəsində Cəbrayıl və Füzulidə, eyni zamanda da yeni açılan Füzuli hava limanında da olub:
"Otuz il ərzində ermənilər bu torpaqlarda inanılmaz vəhşiliklər törədiblər, mən bunun şahidi ola bildim. Orada demək olar ki, hər şey dağıdılmışdı, qəbiristanlıqlar, məscidlər, Pənahəli xan dövrünə aid abidələr belə dağım-dağım idi. Bu vandalizm, vəhşilik idi. Orada salamat bir abidə görmək mümkünsüz idi. Demək olar ki, onlar bu illər ərzində orada hər bir şeyi - qəsrləri, böyük tarixi olan abidələri dağıtmışdılar. Bu dağıntılarla yanaşı həmçinin yenidənqurma işlərinin, dəyişikliklərin də şahidi oldum, Füzuli Beynəlxalq Hava Limanında oldum. Həmin ərazilərdə yenidənqurma və restavrasiya işləri gedir".
Politoloqu ən çox məyus edən məqamlardan biri də məscidlərlə, İslam dininə aid obyektlərin təhqir olunması ilə bağlıdır:
"Ermənilər məscidləri uzun illər donuzları saxlamaq məqsədi ilə istifadə ediblər. Məscidlərin uzun illər donuzların saxlanc yeri kimi istifadəsi sadəcə vandalizmdir. İnanın, o məscidlərin içindən hələ də bu qəribə qoxu gəlir".
İşğaldan azad olunan digər torpaqlarda dağıdılan abidələr onda heç də xoş olmayan bir təəssürat yaratsa da, Şuşanın füsunkar təbiəti, gözəlliyi pakistanlı qonağı özünə valeh edib:
"Şuşanın nə qədər zəngin incəsənətə, zəngin tarixə malik olduğu haqda əvvəllər də oxumuşdum. Bura həqiqətən də Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa çox qəribə və füsunkardır. Hər yer çən, duman olduğundan bəzən heç ətrafı da görmək mümkün deyildi. Orada şeh çox olurdu, əvvəl elə bilirdim ki, yağış yağıb, sonradan gördüm ki, yox, bu şehdir, hər yeri bürüyüb".
Pakistandan olan qonaq səfəri çərçivəsində Qarabağla yanaşı Gəncəyə də üz tutub:
"Gəncədə olarkən balaca Bəxtiyarla görüşüb, onunla bir xatirə fotosu çəkdirdim. Bir gün orada qaldığım müddətdə terror qurbanı olanların xatirə parkı adlandırılan həmin o yaşayış binalarının dağıldığı yerlərə də baş çəkdim. Oralar insanlarla dolu idi, hər kəs gəlib bu vəhşiliyə şahid olurdu".