Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İSESCO-nun Baş Konfransında Qarabağda dağıdılmış abidələrimizdən bəhs olunub

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
İclas zamanı çıxış edən A.Kərimov tarixi torpaqlarımız olan Qarabağda 30 illik işğal müddətində dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə geniş təqdimatla birgə iştirakçılara məlumat verib
BAKI, 9 dekabr — Sputnik. Misir Ərəb Respublikasında rəsmi səfərdə olan Anar Kərimov ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misirin Ali təhsil və elmi araşdırmalar naziri Xalid Əbdülğaffar və Baş müftisi Şövqi Allam ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində İCESCO-nun Baş Konfransının 14-cü sessiyasında iştirak edib.
İclas zamanı çıxış edən A.Kərimov tarixi torpaqlarımız olan Qarabağda 30 illik işğal müddətində dağıdılmış, məhv edilmiş maddi və mənəvi irsimiz, tarixi abidələrimiz, dini məbədlərimiz barədə iştirakçılara geniş təqdimatla birgə məlumat verib. Həmçinin Qarabağ ərazisində yerləşən muzeylərimizə qarşı törədilən mənəvi terrordan da söz açaraq, erməni işğalçılarının oğurladığı, talan etdiyi eksponatların acı taleyindən bəhs edib.
O, həmçinin Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi barədə söz açıb. Bakı Prosesinin davamı kimi "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib. Bölgədə davamlı sülhün təmin edilməsi və mədəniyyətin dirçəlməsi üçün bu təşəbbüsün önəmini vurğulayıb.
Torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanıldığı, xüsusilə də tarix və mədəniyyət abidələrinin, o cümlədən məscidlərlə yanaşı, xristian kilsələrinin də bərpa edildiyi diqqətə çatdırılıb.
Eləcə də oxuyun:
* Erməni vəhşiliyinin şahidi olan pakistanlı politoloqun Qarabağ səyahəti təəssüratları
* Ceyhun Bayramov Fransada erməniləri rüsvay etdi
* Azad olunan ərazilərdə mədəni irslə bağlı monitorinqlərin nəticəsi açıqlanıb
Xəbər lenti
0