https://sputnik.az/20211211/merkezi-kesfiyyat-daresi-taktikasini-deyisir-rusiya-ve-cini-basqa-cur-izleyecek-437161252.html
Mərkəzi Kəşfiyyat İdarəsi taktikasını dəyişir: Rusiya və Çini başqa cür izləyəcək
Mərkəzi Kəşfiyyat İdarəsi taktikasını dəyişir: Rusiya və Çini başqa cür izləyəcək
Sputnik Azərbaycan
Bəzi mənbələr deyirlər ki, yeni hazırlıq metodları sadəcə MKİ-nin 2001-ci ilədək mövcud olan fəaliyyətinə qayıdışıdır. 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T10:02+0400
2021-12-11T10:02+0400
2021-12-11T10:02+0400
dünya xəbərləri
abş
kəşfiyyat
çin
mki
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/40428/70/404287062_0:103:1200:778_1920x0_80_0_0_566b00f546800dec52a12e4e6daa7149.jpg
BAKI, 11 dekabr - Sputnik. Diqqətini iyirmi ildən çoxdur ki, terrorizmlə mübarizəyə yönəltmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya və Çini nəzərdə saxlamaq üçün kəşfiyyatçıların təlim və hazırlıq metodlarını yenidən gözdən keçirir. Bu barədə CNN telekanalı məlumat verir. Telekanal bildirir ki, keçmiş kəşfiyyat zabitlərinin çoxu "mürəkkəb" dövlətlərdə, xüsusən Çində kəşfiyyat məlumatlarının toplanmasında əvvəlki ənənəvi "sakit" fəaliyyətə qayıtmağın tərəfdarıdır. Mənbələrin sözlərinə görə, bu dəyişiklik MKİ kəşfiyyatçılarının ABŞ hüdudlarından kənarda, xüsusən də Çinin aktiv sərmayə yatırdığı Qərbi Afrika ölkələrində daha yaxşı işləməsini təmin edəcək. Keyfiyyətin yüksəldilməsi üçün zabitlər ixtisasları üzrə konkret coğrafi regiona uyğun hazırlıq keçəcəklər. Yerli dillərin öyrənilməsinə, eləcə də uzunmüddətli perspektivdə kəşfiyyatçının qarşılaşa biləcəyi məsələlərin həllinə ayrıca diqqət göstəriləcək. Bundan başqa, MKİ daha çox mandarin dilinin (çin dilinin ən çox yayılmış dialekti) daşıyıcısını əməkdaşlığa cəlb etməyi, texnologiyalara yatırım etməyi, həmçinin insanlar haqda məlumat toplanmasına diqqəti yönəltməyi planlaşdırır.MKİ-nin yeni metodlarının Rusiya bölməsinin işində necə tətbiq ediləcəyi barədə isə telekanal məlumat verməyib. Qurum fəaliyyətini 2001-ci il sentyabrın 11-dən sonra terrorizmlə mübarizəyə yönəldib. Bəzi mənbələr deyirlər ki, yeni hazırlıq metodları sadəcə MKİ-nin 2001-ci ilədək mövcud olan fəaliyyətinə qayıdışıdır.Eləcə də oxuyun:* Rusiya ordusu Azərbaycanın PUA-ların tətbiqi təcrübəsini öyrənir* ABŞ MKİ-nin rəhbəri Baydenin tapşırığı ilə Moskvada mühüm görüşlərə başlayıb* MKİ yeni dünya müharibəsinin anonsunu verdi
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40428/70/404287062_88:0:1125:778_1920x0_80_0_0_2253894d66a2241d8d91c4a1214eb3f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, kəşfiyyat, çin, mki, rusiya federasiyası
abş, kəşfiyyat, çin, mki, rusiya federasiyası
Mərkəzi Kəşfiyyat İdarəsi taktikasını dəyişir: Rusiya və Çini başqa cür izləyəcək
Bəzi mənbələr deyirlər ki, yeni hazırlıq metodları sadəcə MKİ-nin 2001-ci ilədək mövcud olan fəaliyyətinə qayıdışıdır.
BAKI, 11 dekabr - Sputnik. Diqqətini iyirmi ildən çoxdur ki, terrorizmlə mübarizəyə yönəltmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya və Çini nəzərdə saxlamaq üçün kəşfiyyatçıların təlim və hazırlıq metodlarını yenidən gözdən keçirir.
Bu barədə
CNN telekanalı məlumat verir. Telekanal bildirir ki, keçmiş kəşfiyyat zabitlərinin çoxu "mürəkkəb" dövlətlərdə, xüsusən Çində kəşfiyyat məlumatlarının toplanmasında əvvəlki ənənəvi "sakit" fəaliyyətə qayıtmağın tərəfdarıdır.
Mənbələrin sözlərinə görə, bu dəyişiklik MKİ kəşfiyyatçılarının ABŞ hüdudlarından kənarda, xüsusən də Çinin aktiv sərmayə yatırdığı Qərbi Afrika ölkələrində daha yaxşı işləməsini təmin edəcək. Keyfiyyətin yüksəldilməsi üçün zabitlər ixtisasları üzrə konkret coğrafi regiona uyğun hazırlıq keçəcəklər. Yerli dillərin öyrənilməsinə, eləcə də uzunmüddətli perspektivdə kəşfiyyatçının qarşılaşa biləcəyi məsələlərin həllinə ayrıca diqqət göstəriləcək.
Bundan başqa, MKİ daha çox mandarin dilinin (çin dilinin ən çox yayılmış dialekti) daşıyıcısını əməkdaşlığa cəlb etməyi, texnologiyalara yatırım etməyi, həmçinin insanlar haqda məlumat toplanmasına diqqəti yönəltməyi planlaşdırır.
MKİ-nin yeni metodlarının Rusiya bölməsinin işində necə tətbiq ediləcəyi barədə isə telekanal məlumat verməyib.
Qurum fəaliyyətini 2001-ci il sentyabrın 11-dən sonra terrorizmlə mübarizəyə yönəldib. Bəzi mənbələr deyirlər ki, yeni hazırlıq metodları sadəcə MKİ-nin 2001-ci ilədək mövcud olan fəaliyyətinə qayıdışıdır.