DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MKİ yeni dünya müharibəsinin anonsunu verdi

© Depositphotos.com / CurraheeshutterNüvə bombasının partlayışı
Nüvə bombasının partlayışı - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Müəlliflərin fikrincə, təxminən 2040-ci ildə dünyada "iqlim qarşıdurmaları" başlayacaq.
BAKI, 24 oktyabr - Sputnik. Yaxın on il müddətində planetdə iqlim dəyişməsi səbəbindən qlobal hərbi münaqişə gözlənilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dərc olunmuş məruzəsində deyilir.
"İqlim dəyişikliyininin fiziki nəticələrinin güclənməsi transsərhəd geosiyasi qaynar nöqtələrdə vəziyyəti pisləşdirə bilər, çünki dövlətlər öz maraqlarını qorumaq üçün addımlar atırlar", - sənəddə qeyd olunur.
Zavod - Sputnik Azərbaycan, 1920, 22.10.2021
CƏMİYYƏT
Emissiyaların azaldılması üçün hər il yüz milyard dollar maliyyə dəstəyi lazımdır
Müəlliflərin fikrincə, təxminən 2040-ci ildə dünyada "iqlim qarşıdurmaları" başlayacaq, ölkələr bu zaman bir-birlərinə qarşı quraqlıq və daşqın kimi təbii fəlakətləri gücləndirən texnologiyalardan istifadə etməyə başlayacaqlar.
Üstəlik, mütəxəssislərin fikrincə, gərginliyi qlobal istiləşmənin qarşısını almnaq üçün parnik qazları tullantılarının azaldılmasını nəzərdə tutan Paris razılaşmasının gerçəkləşməsi üzrə mübahisələr də artıra bilər.
"Ölkələrin əksəriyyəti çətin iqtisadi seçim qarşısında qalacaq, güman ki, texnoloji sıçrayışa ümid etməyə başlayacaqlar ki, tullantıları sonradan məhdudlaşdırsınlar. Temperaturun yüksəlməsi trayektoriyasını Çin və Hindistan müəyyənləşdirəcəklər", - sənəddə vurğulanır.
Bundan başqa, müəlliflər inkişaf etməkdə olan dövlətlərdə ölkədaxili münaqişələrin artması riskini də önə çəkiblər, çünki həmin dövlətlərə yeni şərtlərə uyğunlaşmaq çətin olacaq.
Gələcəkdə iqlim müharibələrində mümkün qaynar nöqtələr kimi Konqo, Hind, Mekonq, Nil çaylarının hövzələri göstərilir. Çayların məcrasının dəyişməsi, yaxud axın istiqamətinin dəyişdirilməsi oralarda müharibəyə səbəb ola bilər.
Засохшие стволы деревьев, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Dünyanın havası kəskin dəyişəcək - iqlimşünas
Məruzədə qlobal iqlim dəyişikliklərinin daha güclü təsir göztərəcəyi 11 ölkənin adı çəkilir. Analitiklər onların sağ qalmaq üçün kritik variantlara əl ata biləcəyini deyirlər. Söhbət əsasən nüvə silahına malik Çin, Hindistan, Pakistan, eləcə də Əfqanıstan, KXDR, Myanma və Mərkəzi və Cənubi Amerikanın bir sıra digər dövlətlərdən gedir.
Xəbər lenti
0