Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ MKİ-nin rəhbəri Baydenin tapşırığı ilə Moskvada mühüm görüşlərə başlayıb

© AP Photo / Pool / Al DragoMərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Çərşənbə axşamı Rusiya Federasiyasının Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada Börnslə görüşdüyünü bəyan edib.
BAKI, 2 noyabr - Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns noyabrın 2-də və 3-də Moskvada Rusiya hökumətinin nümayəndələri ilə bir sıra görüşlər keçirərək ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə ABŞ-ın Moskvadakı səfirliyindən məlumat verilib.
“MKİ-nin direktoru Uilyam Börns prezidentin (ABŞ prezidenti Co Bayden - red.) adından yüksək səviyyəli ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin başçılığı ilə noyabrın 2-3-də Moskvada Rusiya hökumətinin nümayəndələri ilə görüşərək ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə edəcək”, - diplomatik missiyadan bildiriblər.
Çərşənbə axşamı Rusiya Federasiyasının Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada Börnslə görüşdüyünü bəyan edib.
Məlumatda qeyd edilib ki, Patruşev-Börns görüşündə Rusiya və ABŞ arasındakı münasibətlər müzakirə edilib.
Börnsün Rusiya paytaxtına səfəri barədə məlumat daha əvvəl açıqlanmayıb.
Xəbər lenti
0