Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ordusu Azərbaycanın PUA-ların tətbiqi təcrübəsini öyrənir

© Sputnik / Михаил ВоскресенскийАндрей Демин
Андрей Демин - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
İlk dəfə olaraq kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarından kütləvi şəkildə istifadə olunduğu Dağlıq Qarabağdakı münaqişə təcrübəsi nəzərə alınıb.
BAKI, 10 dekabr — Sputnik. Rusiya Hərbi-Kosmik Qüvvələri (HKQ) 2021-ci ildə hava hücumundan müdafiə qüvvələrinin təlimləri zamanı Dağlıq Qarabağdakı münaqişə zamanı kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarından (PUA) istifadə təcrübəsini böyük ölçüdə nəzərə alıb. Sputnik Azərbaycan xəbər verir ki bunu Rusiya HKQ qüvvələrinin rəhbərinin müavini, hava hücumundan müdafiə qüvvələrinin komandanı Andrey Demin “Müstəqil Hərbi İcmal” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə hərbi hissələrində döyüş hazırlığı planlı təlimlərdə təşkil edilir, hava hücumundan müdafiə birləşmələri və bölmələri ilə keçirilən təlimlərdə, o cümlədən poliqonlara baş çəkməklə təkmilləşdirilir.

“İlk dəfə olaraq kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarından kütləvi şəkildə istifadə olunduğu Dağlıq Qarabağdakı münaqişə təcrübəsi nəzərə alınıb”, - deyə Demin qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ildə Rusiya HKQ-nın Suriyada əldə etdiyi döyüş təcrübəsi Aşuluk və Telemba poliqonlarında keçirilən taktiki təlimlərdə tətbiq edilib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatı 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "TRTHaber" kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçan aparatlarla (PUA) bağlı yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir:
"Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını dəyişdirib".
Bildirilib ki, PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.
"PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib", - məlumatda qeyd edilib.
Eləcə də oxuyun:
* “Bayraktar”ın populyarlığını artırması onları niyə narahat edir?
* Bizi Zəfərə qovuşduranlar - Əziz Şuşa, biz qayıtmışıq!
* Akar: Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətədək davam edəcək
* Vətən müharibəsindən real kadrlar - MN Zəfər Günü ilə bağlı video paylaşıb
Xəbər lenti
0